Mariya Kolikova (slovak. Mária Kolíková 29 avqust 1974[1], Dunayska Streda, Trnava diyarı[1]) — Slovak qadın siyasətçi və hüquqşünas. Magitr. «İnsanlar üçün» Partiyasının üzvü. 21 mart 2020-ci ildən bəri İqor Matoviçin rəhbərlik etdiyi hökumətdə mövcud ədliyyə naziri. 29 fevral 2020-ci ildən 21 mart 2020-ci ilədək Milli Radasının deputatı[2][3][4].
Mariya Kolikova | |
---|---|
slovak. Mária Kolíková | |
Doğum tarixi | 29 avqust 1974[1] (50 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | vəkil, siyasətçi |
29 avqust 1974-cü ildə[4] Dunay-Streda şəhərində anadan olmuşdur.
1993-1999-cu illərdə Bratislavadakı Y.A. Komenski Universitetinin Hüquq fakültəsində oxuyub. Magistr dərəcəsi almışdır[4]. 1998-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərindəki Kvazulu-Natal Universitetində təhsil almışdır. 2001-ci ildə ABŞ-nin Vaşinqton şəhərindəki Corctaun Universiteti Hüquq Məktəbində təcrübə keçir. 2004-cü ildə Hollandiya Helsinki Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsində ayrı-seçkilik işlərinə baxılmasına həsr olunmuş seminarda iştirak edir.
1997-2005-ci illərdə Humanitar layihələr, vətəndaşlıq və demokratiya kafedrasında dərs deyir. 1998-2002-ci illərdə hüquq tələbələri üçün yaz və yay insan hüquqları məktəblərində çalışır. 2001-ci ildə Trnava Universitetinin Hüquq Fakültəsində İctimai Hüquq Klinikasını qurur və 2005-ci ilə qədər orada dərs verir.
İngilis, fransız, rus və alman dillərini bilir[4]. 1999-2002-ci illərdə bir hüquq firmasında hüquqi tərcüməçi kimi işləyir. 2003-cü ildən hüquqşünas kimi fəaliyyətə başlayır. 2007-2009-cu illərdə onun hüquq firmasına sahib idi. 2012-ci ilin iyulundan 2016-cı ilin martına və 2018-ci ilin sentyabrından Kolikova & Partners şirkətində vəkil olmuşdur.
2019-cu ilin sentyabrın 2-də qurulan, Slovakiyan Prezidenti Andrey Kiskanın rəhbərlik etdiyi "İnsanlar üçün" partiyasına qatılır. 29 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində yenidən "insanlar üçün" partiyasından Milli Radaya deputat seçilir[5]. Hökumət işinə keçməsi ilə əlaqədar 21 mart tarixində Milli radanı tərk edir. Boş qalan yeri Alexandra Pivkova tutur.
2006-cı ildə ədliyyə naziri Lusiya Jitnianska Mariya Kolikovanı Hüquqi Yardım Mərkəzinin direktoru təyin edir. Növbəti Ədliyyə naziri Stefan Qarabin dekabr ayında bu qərara etiraz edir və işinə xitam verir. 2010-cu ilin iyulundan 2012-ci ilin martına qədər Radicova'nın ofisində Lusiya Jitnianskanın rəhbərlik etdiyi Slovakiya Ədliyyə Nazirliyinin katibi olur. 2012-ci ilin may - iyun aylarında - Çexiya Ədliyyə Naziri İrji Pospişilin məhkəmə sistemində islahatlar üzrə xarici məsləhətçisi işləyir. 2016-cı ilin mart - avqust aylarında Slovakiyanın Ədliyyə Nazirliyinin dövlət katibi, Fikonun üçüncü hökumətində çalışır. 21 mart 2020-ci ildə Ədliyyə Naziri Matoviçdən kabinetində yerini alır[2][3][4].