Mariya Nesterenko (ukr. Марія Петрівна Нестеренко) — Sovet Hərbi Hava Qüvvələrinin mayor rütbəli pilotu. Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı Pavel Rıçaqovun həyat yoldaşı olduğuna görə edam edilməmişdən əvvəl alay komandirinin müavini vəzifəsində çalışmışdır. Nesterenko, Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir.[1][2]
Mariya Nesterenko | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Budi, Rusiya imperiyası |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Kuybişev, Samara, SSRİ |
Vətəndaşlığı | |
Milliyyəti | rus |
Həyat yoldaşı | Pavel Rıçaqov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Ordusu |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1933-1941 |
Rütbəsi | mayor |
Təltifləri |
Mariya Nesterenko, Pavel Rıçaqov və digər qurbanlar 1953-cü ildə İosif Stalinin ölümündən sonra bəraət almışdır.[3][4]