Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub.
Marqarita Mamun | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Маргарита Мамун | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Marqarita Mamun | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbləri | Rita, Benqal pələngi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Banqladeş Rusiya |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Moskva, Rusiya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 7 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 50 kq. (110 Ib) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur.
Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib.
Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib. Anası, Anna Mamun isə, milliyyətcə rusdur və sabiq gimnastdır.
Marqarita Mamunun 7 yaşı olanda, anası onu, yaşadığı evindən bir qədər aralıda yerləşən Olimpiya Kəndinə gətirdi və gimnastika məşqlərinə yazdırdı. 11 yaşından etibarən isə Marqarita Mamun bu idman növü ilə ciddi formada məşğul olmağa başladı. Marqarita Mamunun birinci məşqçisi, Natalya Kukuşkina olub. Onun, şəxsi məşqçisi Əminə Zaripova, Rusiya yığmasında məşqçisi isə İrina Viner-Usmanovadır.
Marqarita Mamun birinci ciddi uğurunu 2011-ci ildə qazandı. Həmin il o, Rusiya Çempionatında çoxnövçülükdə, habelə halqa, top və gürz yarışlarında qızıl medala sahib oldu.
Həmin ildəcə 4 qat Rusiya çempionu Marqarita Mamun Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan Dünya Kubokunun mərhələ yarışına qatıldı. Çoxnövçülükdə 106.925 xal toplayaraq bürünc medala sahib olan Marqarita Mamun top yarışlarında qızıl medal qazandı və beynəlxalq səviyyədə birinci uğuruna imza atdı.
Marqarita Mamun 2013-cü ildən Rusiyalı üzgüçü, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalçısı Aleksandr Suxorukov ilə münasibətdədir. 2016-cı il 8 dekabrda baş tutan tədbirdə Aleksandr Suxorukov, Marqarita Mamuna evlənmə təklifi etdi.
2017-ci il 8 sentyabrda isə Marqarita Mamun Aleksandr Suxorukov ilə ailə həyatı qurdu.
Sıra | İl | Yarış | Şəhər | Çoxnövçülük | Komanda | ||||
---|---|---|---|---|---|---|---|---|---|
2013 | Avropa Çempionatı | Vyana | |||||||
Universiada Oyunları | Kazan | ||||||||
Dünya Çempionatı | Kiyev | ||||||||
"Qran-Pri" yarışı | Berlin | ||||||||
2014 | FIG Dünya Kuboku | Ştutqart | |||||||
FIG Dünya Kuboku | Pesaro | ||||||||
FIG Dünya Kuboku | Daşkənd | ||||||||
FIG Dünya Kuboku | Sofiya | ||||||||
FIG Dünya Kuboku | Kazan | ||||||||
Dünya Çempionatı | İzmir | ||||||||
2015 | FIG Dünya Kuboku | Lissabon | |||||||
FIG Dünya Kuboku | Buxarest | ||||||||
FIG Dünya Kuboku | Pesaro | ||||||||
Avropa Çempionatı | Minsk | ||||||||
FIG Dünya Kuboku | Daşkənd | ||||||||
Avropa Oyunları | Bakı | ||||||||
FIG Dünya Kuboku | Budapeşt | ||||||||
FIG Dünya Kuboku | Sofiya | ||||||||
FIG Dünya Kuboku | Kazan | ||||||||
Dünya Çempionatı | Ştutqart | ||||||||
2016 | FIG Dünya Kuboku | Pesaro | |||||||
FIG Dünya Kuboku | Minsk | ||||||||
FIG Dünya Kuboku | Qvadalaxara | ||||||||
Avropa Çempionatı | Holon | ||||||||
FIG Dünya Kuboku | Kazan | ||||||||
FIG Dünya Kuboku | Bakı | ||||||||
Olimpiya Oyunları | Rio-de-Janeyro |