Martin Karplus

Martin Karplus (15 mart 1930[2][3][…], Vyana, Avstriya[5]) — amerikalı nəzəri kimyaçı, Maykl Levitt və Ari Varşel ilə birlikdə "Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" 2013-cü il kimya üzrə Nobel mükafatı laureatıdır.

Martin Karplus
Doğum tarixi 15 mart 1930(1930-03-15)[2][3][…] (94 yaş)
Doğum yeri
Elm sahələri nəzəri kimya[d][1]
İş yerləri
Təhsili
Elmi rəhbəri Laynus Polinq
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru Austrian Decoration for Science and Art
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ Milli Elmlər Akademiyasının üzvü (1967 il-ci ildən),[6] London Kral Cəmiyyətinin əcnəbi üzvü (2000-ci ildən),[7] Avstriya Elmlər Akademiyasının fəxri üzvüdür (2015-ci ildən).[8]

Martin Karplus 15 mart 1930-cu ildə Vyanada, Qrinzinqdə yəhudi ailəsində anadan olmuşdur; 1938-ci ildə anşlussdan sonra anası və qardaşı ilə birlikdə İsveçrədən keçərək nasistlərin əlindən ABŞ-a qaçmışdılar (atası o zaman həbs edilmişdi). Onun ailəsi onilliklər boyu tibblə əlaqəli idi, belə ki, babası İohann Pol Karplus (1866–1936) məşhur neyrofizioloq, Vyana şəhərinin Şəhər Nevroloji Mərkəzinin nevrologiyapsixiatriya professoru idi, Liben-Auşpiz ailə sarayında yaşayırdı; digər babası isə — Odessa əsilli Samuil Abramoviç Qoldşteyn (1865–1939) — revmatoloq və məşhur Vyana klinikasının və palçıq vannası "Fango Heilanstalt"ın direktoru idi.[9][10][11][12][13]ABŞ-a gəldikdən sonra ailə atasının böyük qardaşı, mühəndis və "Variak" dəyişən transformatorunun ixtiraçısı olan (1933-cü ildə ixtira edilmişdir) Eduard Karplusun (1899–1979) artıq yaşadığı Boston ətrafında yerləşən Brayton şəhərində məskunlaşmışdırlar.[14][15]

M. Karplus 1950-ci ildə Harvard Universitetində İncəsənət üzrə Bakalavr dərəcəsini almışdır. Daha sonra o, Kaliforniya Texnologiya İnstitutunda Laynus Polling ilə işləmiş və 1953-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1953–1955-ci illərdə M. Karplus Milli Elm Fondundan olan Çarlz Koulsonla birlikdə Oksford Universitetində çalışmışdırlar. 1995-ci ildən M. Karplus Strasburq Universitetində professor vəzifəsində işləmişdir.[16][17]

M. Karplusun tədqiqatları fiziki kimya, NMR(nüvə maqnit rezonansı) spektroskopiyası(maqnit sahəsi gərginliyinin rezonans həyəcanlamaya təsiri), kimyəvi kinetika, kvant kimyası və ilk növbədə bioloji makromolekulların modelləşdirilməsinə tətbiq edilən klassik molekulyar dinamika metodu kimi elm sahələrini əhatə edir. Bundan əlavə, M. Karplus spin-spin qarşılıqlı təsiri və Elektron paramaqnit rezonansı ilə bağlı (EPR) müxtəlif tədqiqatlar aparmışdır. Bu qarşılıqlı əlaqə kimyəvi molekullarda nüvələrin müxtəlif spin vəziyyətləri arasında keçidlər nəticəsində baş verir ki, bu da NMR siqnallarının parçalanmasına səbəb olur.

Hazırda Karplus bioloji obyektlərin molekullarının xassələrinin tədqiqi ilə məşğuldur. Onun qrupu klassik molekulyar dinamika üçün CHARMM proqramını (Enerji funksiyalarının tam dəsti, bir çox qabaqcıl seçmə üsulları və QM/MM, MM/CG və bir sıra gizli həlledici modellər daxil olmaqla çoxölçülü metodlara dəstək olan çoxölçülü üsullarla geniş tətbiqi olan molekulyar modelləşdirmə proqramı) inkişaf etdirir. M. Karplus Beynəlxalq Kvant Molekulyar Elmlər Akademiyasının üzvüdür. 1955-ci ildən bəri M. Karplus Urbana-Şampeyn İllinoys Universitetində, Kolumbiya UniversitetindəHarvard Universitetində 200-dən çox alim yetişdirmişdir.

Ailəsi haqqında

[redaktə | mənbəni redaktə et]
  • Valideynləri: Hans Karplus (1898–1971) və İzabella Qoldşteyn (1900–1967).[18]
  • Böyük qardaşı — Robert Karplus (1927–1990) nəzəri fizik , Berkli Kaliforniya Universitetində müəllim olub.
  • Dayısı — uşaq psixoloqu və müəllimi Ernst Papanek (1900–1973).[19]
  • Birinci həyat yoldaşı: Syuzen Karplus (Şerman nəslindən olan), nəzəri kimyaçı, Veizmann İnstitutunda Şneur Lifsonun tələbəsi;
  • Bu evlilikdən 2 qız övladı — Rebekka və Tamar dünyaya gəlmişdirlər. Onların hər ikisi həkimdirlər;
  • İkinci həyat yoldaşı: Marsi Anna Karplus (Hazard nəslindən olan);
  • Oğlu Mişa Karplus, 1981-ci il təvəllüdlü, hüquqşünasdır.[20][21]

Mükafat və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]
  • 1987-ci ildə — Irving Langmuir Mükafatı
  • 1987-ci ildə — Quqqenhaym Təqaüdü[22]
  • 1997-ci ildə — Edqar Fas Smit Mühazirəsi, Pensilvaniya Universiteti
  • 2004-cü ildə — Laynus Polinq Mükafatı
  • 2011-ci ildə — Feltrinelli Mükafatı
  • 2013-cü ildə — Kimya üzrə Nobel Mükafatı "Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" (Maykl Levitt və Are Varşel ilə bərabər)
  • 2015-ci ildə — Elm və İncəsənət üzrə Avstriya Fəxri Nişanı
  • 2015-ci ildə — Vyananın fəxri vətəndaşı[23]
  1. 1 2 Karplus, Martin // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Gregersen E. Martin Karplus // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Martin Karplus // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Le Français Jean-Pierre Sauvage reçoit le prix Nobel de chimie (fr.). // Le Monde / J. Fenoglio Paris: Société éditrice du Monde, 2016. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  5. 1 2 Who's Who in France (fr.). Paris: 1953. ISSN 0083-9531; 2275-0908
  6. Карплус, Мартин на сайте Национальной академии наук США (англ.)
  7. Martin Karplus (англ.). Royal Society. royalsociety.org. Дата обращения: 5 мая 2019. Архивировано 27 марта 2019 года.
  8. em. Univ.-Prof. Dr. Dr. h. c. Martin Karplus. Архивировано 19 июня 2020 года. (
  9. Martin Karplus "A Theoretical Chemist’s Return to Biology". Дата обращения: 9 октября 2013. Архивировано 27 марта 2019 года.
  10. Johann Paul Karplus. Дата обращения: 9 октября 2013. Архивировано 14 октября 2013 года.
  11. Fango Heilanstalt. Дата обращения: 9 октября 2013. Архивировано 2 апреля 2015 года.
  12. Доктор медицины Самуил Абрамович Гольдштейн и его семья. Архивировано 2 апреля 2015 года.: Жена Самуила Гольдштейна — Маня Бернштейн (1877–1961) — происходила из Винницы.
  13. Гольдштерн Самуил-Герш Абрамович: Выпускник второй одесской гимназии (1883), был связан с народовольцами, за что исключён со второго курса Новороссийского университета (1885) и в том же году выслан из страны. — Гольдштерн Самуил-Герш Абрамович // Деятели революционного движения в России : в 5 т. / под ред. Ф. Я. Кона и др. — М. : Всесоюзное общество политических каторжан и ссыльнопоселенцев, 1927–1934.
  14. The First Variac Autotransformer (Eduard Karplus). Дата обращения: 2 октября 2017. Архивировано 24 сентября 2014 года.
  15. Генеалогическое древо семьи Карплус. Дата обращения: 9 октября 2013. Архивировано из оригинала 2 апреля 2015 года.
  16. Alain Beretz, président de l'université de Strasbourg et Alain Fuchs, président du CNRS félicitent Martin Karplus, prix Nobel de chimie 2013. Communiqués et dossiers de
  17. Laboratoire de Chimie Biophysique. Архивировано 18 октября 2014 года.
  18. Генеалогическое древо семей Гольдштейн и Карплус. Дата обращения: 9 октября 2013. Архивировано 27 марта 2019 года.
  19. Эрнст Папанек и Хелен Гольдштейн. Дата обращения: 9 октября 2013. Архивировано 4 апреля 2015 года.
  20. Martin Karplus on NNDB. Дата обращения: 9 октября 2013. Архивировано 12 октября 2013 года.
  21. Mischa H. Karplus, Boston University Law School. Дата обращения: 9 октября 2013. Архивировано 10 июня 2015 года.
  22. Martin Karplus (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 5 мая 2019. Архивировано 5 мая 2019 года.
  23. ru:Карплус, Мартин