Martunis (2 may 1997, Banda-Açex[d]) — Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun indoneziyalı futbolçusu;
Martunis | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 may 1997 (26 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Mövqeyi | hücumçu |
İndoneziyada 2004-cü ildə meydana gələn zəlzələ və sunamidə zərər çəkmişdir.[1] Yaşanan fəlakətlər zamanı anasını və 2 bacısını itirən 7 yaşındakı Martunis, 21 gün boyunca aclıq və susuzluqla mübarizə apardıqdan sonra xilas edilmişdir.[1] Kanadalı[2] xilasedicilər tərəfindən aşkarlanarkən əynində Portuqaliya milli futbol komandasının 10 nömrəli oyunçusu Ruy Koştanın forması var idi.[3] Fəlakətin "möcüzə uşağı" olaraq xatırlanan Martunis necə sağ qalması ilə bağlı suallara,
"Heç qorxmadım; çünki ailəmi yenidən görmək və futbolçu olmaq istəyirəm"[1]
cavabını vermişdi.[1]
Bundan sonra Portuqaliya Futbol Federasiyası onların evinin yenidən inşa edilməsi üçün 40 min avro yardım etmiş və "Real" Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo isə 2005-ci ildə təbii fəlakətdən zərər çəkənləri ziyarət edərkən onunla da görüşmüşdür.[1] Martunisun təhsil xərclərini qarşılayan Ronaldo, gənc futbolsevərin "Sportinq" (Lissabon) klubunun bazasına gəlməsini təmin etmişdi.[3]
O, 2015-ci ilə qədər İndoneziyanın PSAP Sigli komandasında oynamışdır.
2015-ci ilin iyul ayında Portuqaliyanın "Sportinq" (Lissabon) klubuna keçmişdir. İmza mərasiminin ardından duyğularını dilə gətirən Martunis belə demişdir:
"Röyalarım reallaşdı. Mənə verilən bu fürsət səbəbiylə inanılmaz bir həyəcan duyuram."[1]
Klubun prezidenti onun U-19 komandasında oynayacağını bildirmişdir.[4]