Meruqame (丸亀市, Marugame-shi?) — Yaponiyanın Kaqava prefekturasında yerləşən şəhər.
Maruqame | |
---|---|
yap. | |
34°17′22″ şm. e. 133°47′52″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Şikoku regionu]] |
Prefektura | [[Kaqava prefekturası]] |
Mer | Tetsudzi Arai |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | aprel 1899 |
Sahəsi | 111,79 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 110.466 nəfər (2014) |
Sıxlığı | 988,16 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 〒763-8501 |
Digər | |
city.marugame.lg.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Şəhərin sahəsi 111,79 km²-dir. Maruqame şəhəri allüvial düzənliyin mərkəzində yerləşir.
Maruqame şəhəri Meydzi dövründə — 1899-cu ilin aprelində yaradılmışdır. Maruqame Yaponiyada şəhər kodu verilmiş 53-cü şəhər idi. 1940-cı illərdən 1950-ci illərə qədər (Söva dövrü) şəhərin şərqində yerləşən ərazi və bir neçə ada şəhərə birləşdirilmişdir. 1999-cu ildə (Heysey dövrünün 11-ci illiyi) Maruqame şəhəri 100 illik yubileyini qeyd etmişdir.
22 mart 2005-ci ildə Ayauta və Hanzan şəhərləri (keçmiş Ayauta rayonun tərkib hissəsi idilər) Maruqame şəhərinə birləşdirilmiş və müasir Maruqame şəhəri yaradılmışdır.
Şəhər Yaponiyanın Şikoku adasında, Şikoku regionunun Kaqava prefekturasında yerləşir.
2014-cü ilin avqustuna məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[1]
|
Maruqame şəhəri Maruqame qalası ilə tanınır. Bu qala Yaponiyada orijinal taxta tenşusuna sahib 12 qaladan biridir. Qala insanlar tərəfindən hazırlanmış 50 metr hündürlüyündəki təpədə yerləşir.
Maruqame istehsal etdiyi yelpiklər (uçiva) ilə məşhurlaşmışdır. Yaponiyada istehsal olunan yelpiklərin təxminən 90 %-i Maruqame şəhərinin payına düşür.
Maruqame şəhərinin digər görməli yerlərinə aiddir:
1947-ci ildən şəhər illik yol qaçışı müsabiqəsi olan Maruqame yarımarafonuna ev sahibliyi edir. Hər ili fevralın əvvəllərində keçirilən müsabiqəyə minlərlə iştirakçı qatılır.[3]Asiya qitəsi üzrə yarımarafon rekordu 2006-cı ildə Kayoko Fukuşi tərəfindən bu müsabiqədə qeydə alınmışdır.[4]
Şikoku regionunda əyləncə mərkəzi kimi tanınmış "Reoma World" 20 aprel 1991-ci ildə məhz bu şəhərdə açılmış, amma maliyyə problemlərinə görə 2000-ci ilin avqustunda bağlanmışdır.
2004-cü ildə yeni maddi yardım ilə "Reomo World" yenidən açılmışdır. Əyləncə mərkəzində çoxlu sayda attrkasion, iki restoran, kurort və tema parkı yerləşir. 2009-cu ildə buranı 660.000 nəfər ziyarət etmişdir. Halbuki, 2004-cü ildə bu rəqəm 1,6 milyon idi. Bunun səbəbinin əlverişsiz ictimai nəqliyyatın olması hesab olunur.
Maruqame şəhərində Maruqame Geniçiro-İnokuma Müasir İncəsənət Muzeyi yerləşir. Muzey dəmiryolu stansiyasının şərqində yerləşir. Burada əsəsən Geniçiro İnokumanın əsərləri sərgilənir, amma bəzən böyük sərgilərə də ev sahibliyi edir.
Maruqame şəhərinin istehsal etdiyi əsas məhsullara kimyəvi məmulatlar, yelpiklər, parça, düyü, duz və arpadır. 1980-ci illərin əvvəllərində şəhərin iqtisadiyyatını inkişaf etdirmək üçün böyük sahilyanı duz sahələri dənizdən təmizlənmişdir. Şəhər ibadətçilər üçün əhəmiyyətli limanıdır. Osaka və Kyoto bölgələrində gələn ibadətçilər Kotohiradakı Kompina məbədinə ibadət etməyə gəlirlər.
Şəhərin simvolik ağacı Myrica Rubra, simvolik gülü Satsuki azaliyası hesab olunur.