Masa dağlar

Masatava dağlar (rus. горы  столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.[1]

  1. Masa dağlar // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.