Masada (ivr. מצודה — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala.
Masada | |
---|---|
ivr. מצודה | |
31°18′56″ şm. e. 35°21′14″ ş. u.HGYO | |
Ölkə | İsrail |
Yerləşir | İsrail cənub dairəsi |
Sifarişçi | Aleksandr Yannay |
Tikilmə tarixi | e.ə.I əsr |
Kəşf tarixi | 1963-1965, Yigael Yadin tərəfindən |
Sahəsi |
|
Tipi | Mədəni |
Kriteriya | iii,iv,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1040 |
Dövlət | İsrail |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.