Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji?, azərb. Masamunenin qisası) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır.
Masamune-kun's Revenge | |
Birinci cildin üzlüyü. Personaj: Aki Adaqaki. | |
政宗くんのリベンジ (Masamune-kun no Ribenji) azərb. Masamunenin qisası | |
---|---|
Janr | romantik komediya[1] |
Manqa | |
Yazıçı | Hazuki Takeoka |
Rəssam | Tiv |
Nəşriyyat | Ichijinsha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Comic Rex |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 27 oktyabr 2012 – 27 iyun 2018 |
Cildlər | 9 (cild siyahısı) |
Manqa | |
Manqaka | Hazuki Takeoka |
Rəssam | Tiv |
Nəşriyyat | Ichijinsha |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 20 dekabr 2013 |
Cildlər | 1 (cild siyahısı) |
Anime | |
Rejissor | Miray Minato |
Prodüsser | Şinobu Yoşinuma Takaşi Okada Hiroyuki Sayta Mika Şimizu Yohey Kisara Şunsuke Matsumura Fukuda Cun Şioya Yoşiyuki İto Yukihiro |
Ssenarist | Miçiko Yokote Kento Şimoyama |
Studiya | Silver Link |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, KBS, SUN, AT-X, BS Fuji, Sun TV, KBS Kyoto |
Buraxılış tarixi | 5 yanvar 2017 – 23 mart 2017 |
Seriyalar | 12 + 1 OVA (seriya siyahısı) |
Manqa | |
Masamune-kun no Revenge after school | |
Yazıçı | Hazuki Takeoka |
Rəssam | Tiv |
Nəşriyyat | Ichijinsha |
Jurnal | Comic Rex |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 27 sentyabr 2018 – planlaşdırılır |
Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır.
Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
Yazıçı Hazuki Takeoka və koreyalı qadın rəssam Tiv tərəfindən hazırlanan manqa Ichijinsha nəşriyyatının "Comic Rex" jurnalının 27 oktyabr 2012-ci ildə çıxan 2012-ci il dekabr sayında serializasiya olunmağa başlamışdır.[1][5] 27 iyun 2018-ci ildə manqanın sonuncu fəsli nəşr olunmuşdur.[6] Ümumilikdə 9 cildi buraxılmışdır. Seven Seas Entertainment 4 sentyabr 2015-ci ildə manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[1][7]
Takeoka və Tiv "Monthly Comic Rex" jurnalında 27 sentyabr 2018-ci ildən spin-off manqasını nəşr etdirəcəklər. "Masamune-kun no Revenge after school" adlı manqa personajların məktəbdən sonrakı həyatlarından bəhs edəcək.[8]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 27 aprel 2013[9] | ISBN 978-4-7580-6372-2 | 14 iyun 2016[10] | ISBN 978-1-626922-2-59 |
2 | 27 iyul 2013[11] | ISBN 978-4-7580-6403-3 | 13 sentyabr 2016[10] | ISBN 978-1-626923-28-7 |
3 | 27 mart 2014[12] | ISBN 978-4-7580-6432-3 | 6 dekabr 2016[10] | ISBN 978-1-626923-66-9 |
4 | 27 sentyabr 2014[13] | ISBN 978-4-7580-6471-2 | 7 mart 2017[10] | ISBN 978-1-626924-38-3 |
5 | 27 aprel 2015[14] | ISBN 978-4-7580-6497-2 | 13 iyul 2017[10] | ISBN 978-1-626924-93-2 |
6 | 27 noyabr 2015[15] | ISBN 978-4-7580-6552-8 | 3 oktyabr 2017[10] | ISBN 978-1-626925-61-8 |
7 | 27 iyun 2016[16] | ISBN 978-4-7580-6590-0 | 23 yanvar 2018[17] | ISBN 978-1-626926-73-8 |
8 | 27 yanvar 2017[18] | ISBN 978-4-7580-6641-9 | — | — |
9 | — | — | — | — |
Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən ranobe adaptasiyası hazırlanmışdır. Ichijinsha tərəfindən 20 dekabr 2013-cü ildə bir cildi buraxılmışdır.[19]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 20 dekabr 2013[19] | ISBN 978-4-7580-4509-4 | 14 iyun 2016[20] | ISBN 978-1-62-692225-9 |
23 iyun 2016-cı ildə Ichijinsha nəşriyyatı manqa əsasında anime serialının çəkiləcəyini anons etmişdir.[21][22] Anime serialı Silver Link studiyası tərəfindən çəkilmişdir. Rejissoru Miray Minato, ssenaristləri Miçiko Yokote və Kento Şimoyama, personaj dizayneri Yuki Savayri, səs rejissoru Toşiki Kameyamadır. 5 yanvar 2017-ci ildən 23 mart 2017-ci ilə kimi Tokyo MX, KBS, SUN, AT-X və BS Fuji kanalları vasitəsilə yayımlanmışdır.[3] Animenin hər seriyasından sonra "Honmono no Ojō-sama wa Dare da?! Ojō-sama Kakuzuke Check" adlı veriliş yayımlanmışdır[4] 27 iyul 2018-ci ildə buraxılmış OVA seriyası[23] manqadan sonrakı hekayədən bəhs edir.[6]
Açılış mahnısı Ayaka Ohaşi tərəfindən ifa olunan "Wagamama Mirror Heart" (ワガママMIRROR HEART?, "Özünübəyənən Güzgü Ürəyi"), bağlanış mahnısı ChouCho tərəfindən ifa olunan "Elemental World" mahnısıdır.[4] Funimation animeni Şimali Amerikada lisenziyalaşdırılmışdır.[24]
№ | Azərbaycanca adı Yaponca adı |
Yayım tarixi |
---|---|---|
1 | "Donuz ayağı adlı oğlan" "Tonsoku to yoba reta otoko" (豚足と呼ばれた男) | 5 yanvar 2017 |
2 | "Sinderella gülümsəmir" "Shinderera wa warawanai" (シンデレラは笑わない) | 12 yanvar 2017 |
3 | "Yoşinonun sehr şousu" "Yoshino no majikkushō" (吉乃のマジックショー) | 19 yanvar 2017 |
4 | "Müəyyən və mövcud təhlükə" "Ima soko ni aru kiki" (今そこにある危機) | 26 yanvar 2017 |
5 | "Sirli pişik" "Misuteriasu kyatto" (ミステリアス・キャット) | 2 fevral 2017 |
6 | "Hücum! Ev ziyarətləri döyüşü" "Totsugeki! Otaku hōmon-sen" (突撃!お宅訪問戦) | 9 fevral 2017 |
7 | "Tsunade adası insidenti" "Tsunade-jima jiken" (綱手島事件) | 16 fevral 2017 |
8 | "Sən deyilsən" "Kimi janai nda" (君じゃないんだ) | 23 fevral 2017 |
9 | "Bu, sevgi və şəvqət adlanırdı" "Ai tomo koi tomo iukeredo" (愛とも恋ともいうけれど) | 2 mart 2017 |
10 | "Şübhələrlə dolu yeni məktəb termini" "Giwaku no shin gakki" (疑惑の新学期) | 9 mart 2017 |
11 | "Yasaka festivalının Ağ bənizi" "Yasaka sai no shirayukihime" (八坂祭の白雪姫) | 16 mart 2017 |
12 | "Ölsən belə, mikrofonu əldən vermə" "Shindemo maiku o tebanasu na" (死んでもマイクを手放すな) | 23 mart 2017 |
OVA | "Ancaq bizim anamız üçün" | 27 iyul 2018 |
Birinci cildi qiymətləndirən tənqidçi Rebekka Silverman (Anime News Network) cildə B reytinqi vermiş və qisas komediyası ilə romantikanın kombinasiyasının "hələ də işlədiyini" qeyd etmişdir. Rebekka Yoşinonun ən maraqlı personaj olduğunu düşünmüş, lakin Masamunedən, xüsusilə onun "düşdüyü hər vəziyyətdən çıxmaq üçün düzgün bir şey fikirləşməli olmasından" zövq aldığını bildirmişdir. O, Akini "tamamilə iyrənc" adlandırmışdır. Rebekka sənətin diqqət çəkən olduğunu, lakin qadın rəsmlərinin anatomik cəhətdən düzgün olmadığını yazmışdır.[25]