Restaurant to Another World (azərb. Başqa dünyaya restoran) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂?, azərb. Alternativ dünya restoranı) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır.[1][2]
Restaurant to Another World | |
Birinci cildin üzlüyü. | |
異世界食堂 (Isekai Shokudō) azərb. Alternativ dünya restoranı | |
---|---|
Janr | komediya, müəmma, fentezi |
Manqa | |
Manqaka | Cunpey İnuzuka |
Nəşriyyat | Shōsetsuka ni Narō (özü tərəfindən) |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 4 yanvar 2013 – hazırda |
Manqa | |
Manqaka | Cunpey İnuzuka |
Rəssam | Katsumi Enami |
Nəşriyyat | Shufunotomo |
Nəşr tarixi | 28 fevral 2015 – hazırda |
Cildlər | 4 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Cunpey İnuzuka |
Rəssam | Takaaki Kuqatsu |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | Crunchyroll(rəqəmsal) |
Jurnal | Young Gangan |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 18 noyabr 2016 – hazırda |
Cildlər | 2 |
Anime | |
Rejissor | Masato Cinbo |
Ssenarist | Masato Cinbo |
Bəstəkar | Miho Tsucibayaşi TOMISIRO |
Studiya | Silver Link |
Digər lisenziyalar | |
Kanal | TV Tokyo, AT-X, BS Japan |
Digər kanallar | |
Buraxılış tarixi | 3 iyul 2017 – 18 sentyabr 2017 |
"Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı") alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir.
Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.[3] Shufunotomo nəşriyyatı veb-romanı ranobeyə çevirərək 28 fevral 2015-ci ildə Hero Bunko imprinti altında ilk cildi buraxmışdır.[4] İndiyə kimi kimi 4 cildi buraxılmışdır.[5]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 28 fevral 2015[4] | ISBN 978-4-07-411329-3 |
2 | 29 iyul 2015[6] | ISBN 978-4-07-402158-1 |
3 | 30 sentyabr 2016[7] | ISBN 978-4-07-420009-2 |
4 | 30 iyun 2017[5] | ISBN 978-4-07-426242-7 |
Manqa adaptasiyası Cuppey İnuzuka tərəfindən 7 sentyabr 2016-cı ildə Shōsetsuka ni Narō saytındakı bloqunda anons edilmişdir.[1] Manqa Takaaki Kuqatsunun rəssamlığı ilə 2016-cı ilin noyabrından Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur.[8] Manqanın birinci fəslinin hekayəsini orijinal veb-romandakı kimi mençikatsu haqqında olacaq, lakin ikinci fəsil fərqli hekayəyə malik olacaq.[1]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 24 iyun 2017[9] | ISBN 978-4-7575-5391-0 |
2 | 25 sentyabr 2017[10] | ISBN 978-4-7575-5485-6 |
Anime adaptasiyası Cuppey İnuzuka tərəfindən 7 sentyabr 2016-cı ildə Shōsetsuka ni Narō saytındakı bloqunda anons edilmişdir.[1] Square Enix nəşriyyatının 2016-cı ilin noyabrında "Young Gangan" jurnalının buraxılmış 23-cü sayında animenin serial olacağı açıqlanmışdır.[8]
Takarajimasha nəşriyyatı "Kono Light Novel ga Sugoi! 2016" kitabçasında ranobe seriyasını "Ən yaxşı yeni işlər" siyahısında 7-ci yerdə göstərmişdir.[11]