Mateuş Koxalski

Mateuş Koxalski (pol. Mateusz Kochalski; 25 iyul 2000, Svidnik[d], Lyublin voyevodluğu[d][1]) — Azərbaycanın "Qarabağ" futbol klubunda qapıçı kimi çıxış edən polşalı peşəkar futbolçu.[2]

Mateuş Koxalski
Ümumi məlumatlar
Doğum tarixi 25 iyul 2000(2000-07-25) (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 190 sm
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub Qarabağ FK
Nömrəsi 99
Karyerası
Gənclik karyerası
—2015 Polşa BKS Lublin
2015—2017 Polşa Legiya Varşava FK
Klub karyerası[* 1]
2017–2020 Polşa Legiya Varşava II FK 2 (0)
2018 Polşa Legionoviya (icarə) 10 (0)
2018—2020 Polşa Radomyak Radom (icarə) 20 (0)
2020–2022 Polşa Legiya Varşava FK 0 (0)
2020–2021 Polşa Radomyak Radom (icarə) 34 (0)
2021–2022 Polşa Radomyak Radom (icarə) 1 (0)
2022–2024 Polşa Stal Melets 37 (0)
2024— Azərbaycan Qarabağ FK 0 (0)
Milli yığma[* 2]
2015—2016 Polşa Polşa U-16 2 (0)
2016 Polşa Polşa U-17 2 (0)
2018 Polşa Polşa U-18 2 (0)
2018 Polşa Polşa U-19 2 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Gənclik karyerası

[redaktə | mənbəni redaktə et]

Koxalski futbola BSK Lublin futbol akademiyasında başlamış, 2015-ci ildən Legiya Varşava klubunda gənclər səviyyəsində oynamışdır. Futbolçu 2016-cı ildə 19 yaşadək gənclərdən ibarət komandaya qoşulub.

Legiya Varşava FK

[redaktə | mənbəni redaktə et]

Koxalski mövsümün sonunda, 2017-ci ildən etibarən klubun ikinci komandasında, "Legiya Varşava II"-də oynamağa başlayıb. Futbolçu yeni mövsümdə də ehtiyat qapıçı olmuş və buna görə debüt edə bilməmişdir.

2018-ci ilin fevral ayında futbolçu mövsümün sonuna qədər icarə əsasında Leginoviya Legionovo klubuna transfer edilib. O, klubda debütünü 11 mart 2018-ci ildə "Radomyak Radom" klubu ilə matçda edib.[3] Futbolçu dərhal sonra klubun əsas qapıçısına çevrilmişdir. O, icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib. 2018-ci ilin iyulunda isə futbolçu mövsümün sonuna qədər icarə əsasında Radomiak-a transfer edilib. O, klubda debütünü 4 avqust 2018-ci ildə "GKS Belxatuv" klubu ilə matçda etmişdir.[4] Mövsüm boyu futbolçu əvvəlcə ehtiyat qapıçı olmuş, həmin mövsüm klub və Koxalski çempion olmuş və o, növbəti mövsümdə klubun əsas qapıçısı kimi çıxış etmişdir. 2020-ci ilin fevralında o, Legiya klubuna geri qayıdıb.

Koxalski icarədən qayıtdıqdan sonra Varşava klubunun gənclər komandasına keçsə də, COVID-19 pandemiyası səbəbi ilə çempionatın dayandırılmasına görə heç bir matça çıxmayıb. 2020-ci ilin yayında futbolçu yeni mövsümün hazırlığına klubun ikinci komandası ilə davam edib. O, bu klubda 2020-ci il avqustun 9-da "Radomsko" klubu ilə matçda debüt edib. Koxalski Leqiya Varşava II-nin heyətində cəmi 2 oyun keçirə bilib.

2020-ci ilin avqustunda futbolçu mövsümün sonuna kimi "Radomyak"a icarəyə verilib. O, bu klubdakı ilk oyununu 22 avqust 2020-ci ildə Polşa kuboku çərçivəsində "Medz Leqnisa" klubuna qarşı oynayıb.[5] Çempionatda isə klubdakı ilk oyunu 29 avqust 2020-ci ildə "Vidzev Lodz" klubuna qarşı olmuş,[6] futbolçu dərhal klubun əsas qapıçısına çevrilmişdir. O, mövsüm ərzində klubdakı bütün oyunlarda qapıçı kimi oynamış və klubla birlikdə I liqanın çempionu olmuşdur. Futbolçu icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib.

Futbolçu yeni mövsümə Legiya Varşava klubunun əsas komandasının tərkibində başlayıb. 2021-ci ilin iyulunda Legiya ilə birlikdə UEFA Çempionlar Liqasının seçmə oyunlarında iştirak edib, klubla birlikdə 3-cü təsnifat mərhələsinə adlayıb, bundan sonra əsas komandada debüt etmədən icarə müqaviləsi əsasında "Radomyak"a qayıdıb. O, bu klubda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirərək əsas qapıçı statusunu da itirib. Onun Polşa çempionatındakı debütü 22 aprel 2022-ci ildə "Krakov"a qarşı matçda olub.[7] 2022-ci ilin iyununda oyunçu icarə müddəti bitdikdən sonra klubu tərk edib.

Koxalski 21 iyun 2022-ci ildə yeddi ildən sonra Polşanın Legiya futbol klubundan ayrılaraq "Stal Melets" klubu ilə üç illik müqavilə bağladı.[8] O, klubun ilk seçim qapıçısı olan Bartosz Mrozek üçün ehtiyat oyunçu kimi bir il keçirdi və daha sonra Futbol üzrə Polşa Çempionatının 2023–24-cü il mövsümün başlanğıcından başlayaraq klubun əsas heyətinə keçdi. Koxalski həmin mövsüm boyu iştirak etdiyi 33 oyundan[9] doqquzunda qapını təmiz saxlamış və 111 qurtarış etmişdir ki, bu da öz həmyaşıdlarından on iki dəfə çoxdur.[10] O, 2023–24 mövsümünün sonunda "Mövsümün qapıçısı" seçilib.[11]

Koxalski 2024-cü il avqustun 15-də açıqlanmayan ödəniş müqabilində daha bir əlavə il seçimi də daxil olmaqla üç illik müqavilə ilə Azərbaycanın "Qarabağ" klubuna transfer edilib.[2][12]

Beynəlxalq karyera

[redaktə | mənbəni redaktə et]

Koxalski gənclərdən ibarət milli komanda da oyunçu olmuşdur. O, böyüklər üçün milli komanda da isə ilk dəfə 2024-cü ilin iyununda oynamış, Polşanın UEFA Avro 2024 öncəsi hazırlıq düşərgəsində zədəli Olivier Zıxı əvəz etmişdir.[13]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
18 avqust 2024 tarixində yenilənib
Klub, mövsüm və müsabiqəyə görə oyunlar və qollar
Klub Mövsüm Liqa Kubok Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Legiya Varşava II FK 2016–17 III liqa 0 0 0 0
2017–18 III liqa 0 0 0 0
2020–21 III liqa 2 0 2 0
Ümumi 2 0 0 0 2 0
Legionoviya (icarə) 2017–18 II liqa 10 0 10 0
Radomiyak Radom FK (icarə) 2018–19 II liqa 11 0 1 0 12 0
2019–20 I liqa 14 0 0 0 14 0
2020–21 I liqa 34 0 3 0 37 0
2021–22 Ekstraklasa 1 0 1 0 2 0
Ümumi 60 0 5 0 65 0
Legiya Varşava FK 2020–21 Ekstraklasa 0 0 0 0 0 0
Stal Melets FK 2022–23 Ekstraklasa 0 0 1 0 1 0
2023–24 Ekstraklasa 33 0 0 0 33 0
2024–25 Ekstraklasa 4 0 0 0 4 0
Ümumi 37 0 1 0 38 0
Qarabağ 2024–25 Azərbaycan Premyer Liqası 0 0 0 0 0 0 0 0
Ümumi 109 0 6 0 0 0 115 0

Radomyak Radom FK

Fərdi

  1. 1 2 90minut.pl (pol.). 2003.
  2. 1 2 ""Qarabağ" polşalı qapıçını heyətinə qatıb". CBC Sport. 2024-08-15. İstifadə tarixi: 2024-08-17.
  3. "Radomiak Radom vs. Legionovia Legionowo". soccerway.com (ingilis). 2018-03-11. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  4. "Radomiak Radom vs. Bełchatów". soccerway.com (ingilis). 2018-08-04. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  5. "Radomiak Radom vs. Miedź Legnica". soccerway.com (ingilis). 2020-08-22. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  6. "Radomiak Radom vs. Widzew Łódź". soccerway.com (ingilis). 2020-09-29. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  7. "Radomiak Radom vs. Cracovia". soccerway.com (ingilis). 2022-04-22. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  8. "Rywalizacja w bramce rozkręca się na dobre. Mateusz Kochalski w PGE FKS Stali Mielec!!!" (polyak). Stal Mielec. 21 June 2022. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2024.
  9. Jastrzębski, Marcin. "PKO Ekstraklasa. Bramkarz PGE Stali Mielec - Mateusz Kochalski z nagrodą dla najlepszego bramkarza sezonu!". nowiny24.pl (polyak). 27 May 2024. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2024.
  10. "Obronione strzały" (polyak). Ekstraklasa. İstifadə tarixi: 27 May 2024.
  11. 1 2 "Kamil Grosicki z dwoma nagrodami za sezon. Wybrano najlepszych w sezonie 2023/24" (polyak). Ekstraklasa. 27 May 2024. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2024.
  12. "Polşa çempionatının ən yaxşı qapıçısı "Qarabağ"da" (az.). asd. 15 August 2024. İstifadə tarixi: 15 August 2024.
  13. "Mateusz Kochalski dodatkowo powołany na zgrupowanie reprezentacji Polski" (polyak). Polşa Futbol Federasiyası. 2 June 2024. İstifadə tarixi: 2 June 2024.
  14. "Radomiak Radom w ekstraklasie jako mistrz Fortuna 1 ligi! Wygrane derby z Koroną Kielce". gol24.pl (polyak). 13 June 2021. İstifadə tarixi: 6 June 2023.
  15. "Sezon dobiegł końca. Radomiak mistrzem II ligi!" (polyak). Radomiak Radom. 19 May 2019. 6 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2023.