Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Matrakçı Nasuh | |
---|---|
türk. Matrakçı Nasuh afendi | |
Doğum tarixi | 1480 |
Vəfat tarixi | 1564 |
Fəaliyyəti | riyaziyyatçı, coğrafiyaşünas, memar, fermer, yazıçı, rəssam, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Matrakçı Nasuh II Bəyazidin hakimiyyəti dövründə Əndərun adlanan məktəblərin birində təhsil almışdır. Təhsilini bitirdikdən sonra riyaziyyat müəllimiliyi etmişdir. Nasuh dövrünün tanınmış şairlərindən olan Saidən elmi və fəlsəfi dərslər almışdır. Nasuh əfəndinin əsas cəhətlərindən biridə dövrünün tanınmış xəttatı olması idi. Divani yazı üslubunu tanınmış nümayəndələrindən olan Nasuh bu üsluba bəzi yeniliklər gətirmişdir. Nasuh bin Karagöz taxta qılınclarla oynanılan Matrak adlı idman növünün mahir oyuncusu olduğu üçün matrakçı adlandırılmışdır. Nasuh bin Karagöz müxtəlif növ silahlarla peşəkar şəkildə davrana bilirdi, onun hətta silahların saxlanma və istifadə qaydalarından bəhs olunan Tuhfetü'l-Guzât adlı bir kitabıda vardır. Matrakçı Nasuhun miniatür-xəritə sənətini tanınmasından böyük rolu olmuşdur. Həndəsə və riyaziyyat sahəsində geniş bilgilərə sahib olduğundan uzunluq ölçülərini göstərən çox sayda cədvəl və xəritə hazırlamışdır.
I Səlimin şərəfinə Cemâlü'l-Küttâb və Kemalü'l- Hisâb adlı kitablar yazmışdır. Matrakçı Nasuh təkcə Həndəsə və riyaziyyat sahəsində fəaliyyət göstərməmişdir. Onun tarix sahəsində bir çox elmi əsəri vardır. O, Təbəri Tarixi kitabını Mecmaü't-Tevârih adı ilə türk dilinə tərcümə etmişdir. 3 cilddən ibarət olan Süleymannâme kitabında Osmanlı imperiyasında 1520–1537, 1543–1551 və 1542–1543-cü illərdə baş verən hadisələri yazmışdır. 1537–1538-ci illərdə yazdığı Fetihname-i Karabuğdan əsərində Sultan Süleyman Qanuninin İran və Azərbaycana səfərləri haqqındadır. Matrakçı Nasuh yol boyu qarşılaşdığı şəhərlərin miniatür xəritəsini çəkmişdir.
Bu xəritələrin bir qismi bu gün də tarix muzeylərində saxlanılır və həmin xəritələr orta əsrlərdə şəhər həyatının öyrənilməsi haqqında olduqca mühüm mənbə hesab olunur. Matrakçı Nasuh Qanuninin Naxçıvana səfəri zamanı qoşun ilə birlikdə Naxçıvana gəlmişdir. Nasuh Sultan Süleyman Qanuninin Fransa kralı I Fransisk dəstək məqsədi ilə göndərdiyi Osmanlı donanmasına qatılmışdır. Matrakçı Nasuhun Sultan Süleyman Qanuninin vəziri Parqalı İbrahim Paşa ilə dostluq münasibətləri olduğu ehtimal olunur.