Mauro Tassotti (it. Mauro Tassotti ; 19 yanvar 1960[1][2], Roma) — İtalyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi mövqeyində çıxış edib. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınır.
Mauro Tassotti | |
---|---|
it. Mauro Tassotti | |
Ümumi məlumatlar | |
Ləqəbi | Tasso[3] |
Doğum tarixi | 19 yanvar 1960[1][2] (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | mərkəz müdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mauro Tassotti karyerasına "Latsio" klubunda başlayıb, klubda debütünü 5 noyabr 1978-ci ildə "Askoli"yə qarşı oyunda edib. Tassotti 2 mövsüm "Latsio"da keçirdikdən sonra, o zaman İtaliya futbolunda yaranan qalmaqal səbəbindən B Seriyasına düşən "Milan" klubuna keçir.
Tassotti 24 avqust 1980-ci ildə "Kataniya" klubu ilə oyunda Milanlıların heyətində debüt edir. "Milan"a gəldikdən dərhal sonra Tassotti Rossonerilərin əsas oyunçusuna çevrilir. Arriqo Sakkinin "Milan" məşqçi korpusuna gəlişi ilə Tassotti özü də klubun ən hörmətli və əvəzolunmaz oyunçularından birinə çevirilir. Bu zaman o, komandanın vitse-kapitanı olur.
Sakki və daha sonra onu əvəzləyən Fabio Kapello dövrundə "Milan" ilə 5 Skudetto, 4 İtaliya Superkuboku, 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku və 2 Qitələrarası Kubok qazanır.
Tassotti İtaliya millisində debütünü 14 oktyabr 1992-ci ildə İsveçrə ilə matçda edri.
1994-cü ildə Tassotti İtaliya millisi ilə Dünya Kubokuna gedir, milli komandanın baş məşqçisi, Tassottinin Milandakı keçmiş məşqçisi Arriqo Sakki milli komandanın müdafiəsini Milanın müdafiə xətti əsasında qurmağa qərar verir, lakin ilk matçda İtalyanlar İrlandiyaya uduzurlar və buna görə də Tassotti də daxil olmaqla bir neçə oyunçu, növbəti oyunlarda ehtiyat oyunçular skamyasına salınır.