Max rəqəmi

Səs sürətinə çatmadan öncə transonik sürət və buxar konusunda görünən F/A-18 Hornet

Max ədədi, hərəkət halında olan hər hansı bir kütlənin sürətinin, kütlənin mövcud olduğu şərtlər daxilindəki səs sürətinə olan nisbətidir. Qısaca Ma ya da M deyilir. Adını Avstriyalı fizikfilosof Ernst Maxdan almışdır. Ernst Maxdan əvvəl bu mövzu haqqında Fransız fizik Sarrau da tədqiqatlar apardığında Sarrau ədədi də adlanır.

Nümunə olaraq, dəniz səviyyəsində, 1 atm təzyiq şəraitində və 15oC hava istiliyində 1 Max = 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir. Yerdə səs sürəti göyə nisbətdə daha yuxarı dəyərdədir.

Yerdən yuxarıya doğru qalxdıqca havanın temperaturu aşağı düşür. Dəniz səviyyəsindən 11 km hündürlüyə qədər (Stratosfer sərhədinə qədər) olan atmosfer təbəqəsinə troposfer deyilir. Səs sürətinin kvadratı havanın temperaturu ilə düz nisbətdə dəyişdiyinə görə, yerdən yuxarıya doğru qalxdıqca səs sürəti aşağı düşür. Bununla əlaqədar olaraq o yüksəklikdəki max ədədi dəniz səviyyəsinə görə daha aşağı olur.

Nümunə olaraq, Stratosfer sərhədində 11.000 metr hündürlükdə 1 Max = 1062,2 km/saat təşkil edir.