Vill Ralf Rayt (ing. Will Ralph Wright, 20 yanvar 1960[1][2][…], Atlanta, Corciya) — Amerikalı proqramist və videooyun dizayneri. Oyunların rəqəmsal satışı üzrə yaradılmış Maxis və Syner Entertainment şirkətlərinin yaradıcısıdır. Ən məşhur SimCity, The Sims oyun seriyası və Spore kompüter oyunlarının orijinal dizayneri olaraq tanınır.[3]
Vill Ralf Rayt | |
---|---|
ing. William Wright | |
| |
Digər adı | Will Ralph Wright |
Doğum tarixi | 20 yanvar 1960[1][2][…] (64 yaş) |
Doğum yeri | Atlanta, Corciya, ABŞ |
Vətəndaşlığı | Amerikan |
Partnyoru | Anya Zavarzina |
Atası | Vill Rayts |
Anası | Beverli Rayts Edvards |
Dini | Xristian |
İxtisası | Dizayner |
Təhsili |
Luiziana Texnologiya Universiteti (Bakalavr təhsili) Luiziana Ştat Universiteti (Magistratura təhsili) |
Fəaliyyəti | informatik, səsləndirmə aktyoru[d], oyun dizayneri[d], video oyun tərtibatçısı[d], dizayner |
Mükafatları | BAFTA Akademiyası Təqaüd Mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Vill Rayt ABŞ, Atlanta, Corciyada anadan olub, atası Vill doqquz yaşında olarkən vəfat edib. Sonradan anası ilə Luiziana ştatındakı Baton-Roj şəhərinə köçürmüşdür. 16 yaşında məktəbi tərk etdikdən sonra Rayt Luiziana Universitetinə daxil oldu, sonra Luiziana Texnologiya Universitetinə, daha sonra isə Yeni Məktəbdə təhsil almışdır. Memar, daha sonra mexaniki mühəndis kimi təhsil almağa başlayan Rayt kompüterlər və robotlarla maraqlanmışdır. Beş illik kollec təhsilindən sonra Vill Rayt təhsili dayandırdı.[4]
2003-cü ilin fevralında nəşr olunan bir reportajda Rayt oyunların ona çox vaxt apardığını və bəlkə də inkişaf etdirilən oyunların onun üçün yaxşı bir yol olduğunu qərar verdi. Raytın ilk oyunu, Commodore 64 olmuşdur.[5]
1986-cı ildə videooyun sənayesinə maraq göstərən investor Ceff Braun ilə tanış oldu. Növbəti il, birlikdə Kontra-Kosta, Kaliforniya ştatında, Maxis şirkətini qurmuşlar. SimCity (1989) məşhurluq qazanmış və videooyunlarına ən böyük təsir göstərən oyunlardan biri olmuşdur.[6]
SimCity videooyununun uğurundan sonra Rayt SimEarth (1990) və SimAnt (1991) oyunları da inkişaf etdirmişdir. Fred Haslam ilə birlikdə SimCity 2000-in inkişafında iştirak etdi, Maxis isə digər The Sims seriyası oyunlarını buraxmağa davam etdi. Raytın növbəti oyunu SimCopter (1996) oldu. Bu oyunların heç biri SimCity qədər uğurlu olmasa da, Rayt proqram bacarıqları və dizayneri kimi nüfuzunu gücləndirdi. 1992-ci ildə Rayt ailəsi ilə birlikdə Kaliforniyanın Orinda şəhərinə köçdü.
Maxis, 1995-ci ildə açıq bir şirkət olaraq öz səhmlərini buraxdı. IPO-dan mənfəət 38 milyon ABŞ dolları təşkil etmişdir. Səhm qiyməti 50 dollara çatdı lakin sonradan şirkət batmağa doğru irəlilədi. Electronic Arts, 1997-ci ilin iyununda Maxis şirkətini satın aldı.
2013-cü ildə Synter Entertainment şirkətini qurmuşdur.