Mayılov qardaşları

Mayılov qardaşlarının vəsaiti hesabına tikilmiş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası. Binanın tikintisi 1910-cu ildə başlamış və 1911-ci ildə yekunlaşmışdır. Teatr həmin zaman qardaşların şərəfinə Mayılov teatrı olaraq tanınırdı.

Mayılov qardaşları (erm. Մայիլյան եղբայրներ) — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində fəaliyyət göstərmiş erməni əsilli neft maqnatları. Qardaşlar filantropiya sahəsindəki fəaliyyətləri ilə də tanınmışdır.[1][2][3][4] Bəzi mənbələrə görə Mayılov qardaşları Rusiya imperiyası ərazisində kürünün ilk istehsalçıları olmuşdular.[5] Bakıda bir sıra mədəni işlərin həyata keçirlməsinə maddi yardım göstərən qardaşların əsas işi kimi 1910-cu ildə tikilmiş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası göstərilir. Sözügedən bina Mayılov qardaşlarının vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 1911-ci ildə tamamlanmışdır.[1] Qardaşların vəsaiti hesabına Ermənistanda bəzi ictimai obyektlərin tikintisi baş tutmuşdur.[6][7]

Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olmuşlar. Qardaşların əsas gəlirləri Bakı ətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununlada dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər.[4][8] Neft sənayesi ilə yanaşı Rusiya imperiyasının bazarındakı kürü biznesi də bir müddət Mayılov qardaşlarının nəzarəti altında olmuşdur.

Kürü biznesindəki uğurları səbəbindən ailə Rusiyada Balıq kürüsü kralları təxəllüsü ilə tanınmışdır.[1] Rusiya inqilabından sonra ailə Fransaya mühacirət etmək məcburiyyətində qalmışdır.[9]

Mayılov teatrı

[redaktə | mənbəni redaktə et]

Fərz olunur ki, rus opera müğənnisi, soprano Antonina Nejdanova Bakıya səfəri zamanı bir necə kazino və oteldə çıxış etdikdən sonra Mayılov qardaşları ilə birlikdə şərəfinə verilən ziyafətdə iştirak etdir. Mayılovlar sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa heç vaxt! deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?[10][11] Bu sözlər bakılı milyonçulara bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcəklər.[11][12][13]

Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək.[14]

Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar Nikolay Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Hacı Zeynalabdin Tağıyev binanın vəd olunan vaxta qədər tikildiyi üçün, söz verdiyi kimi binanın inşaat xərclərini ödəmişdir.

Azərbaycanda ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu binada fəaliyyət göstərir. Teatr 1911–1928-ci ilə qədər Mayılov teatrı kimi tanınmış və xalq arasında bu adla məşhur olmuşdur. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir. Teatr binası 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Ermənistanda filantropiya fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Mayılov qardaşları Bakı şəhəri ilə yanaşı 1918-ci ildə elan olunmuş İlk Ermənistan Respublikasında da bəzi filantorpiya fəaliyyətləri ilə məşğul olmuşdur. 1919-cu ilin fevral ayında ölkənin mineral ehtiyatları və faydalı qazıntılarının öyrənilməsi üçün araşdırmaçı-ekspedisiya qrupuna 2 milyon rubl maliyyə yardımı göstərilmişdir.[6][7][8]

  1. 1 2 3 "Русские и армянские миллионеры (Title translated from Russian: Russian and Armenian millionaires" (Russian). 8 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 February 2013.
  2. Gaziyan, Alvard. "ИНТЕРЕСНЫЙ ДОКУМЕНТ ОБ ЭКСПЕДИЦИИ БРАТЬЕВ МАИЛЯНОВ (1919 г.)" (PDF). Patma-Banasirakan Handes (Russian). Armenian National Academy of Sciences. 2a. 2008. ISSN 0135-0536. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 February 2013. Title translated from Russian: "Interesting Document about the Expedition of Mailov Brothers"
  3. Промышленность, строительство и архитектура Армении (issue 7–12) (#format_missing_url) (Russian). Armenian National Academy of Sciences. 1987. Первые свои конструктивные новшества в крупном масштабе он осуществил при строительстве здания театра братьев Маиловых (Маилянов) в Баку (теперь — Государственный театр оперы и балета) в 1910 – 1911 годах.
  4. 1 2 Alieva, edited by Leila. The Baku oil and local communities : a history (PDF). Baku: Center for National and International Studies. 2009. səh. 126. ISBN 978-9952-26-036-6. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 February 2013. ([[:Category:|link]])[[Category:]]
  5. Lean, edited by Huberta von Voss ; translated by Alasdair. Portraits of hope : Armenians in the contemporary world (1st English). New York: Berghahn Books. 2007. səh. 222. ISBN 9781845452575. 8 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2013. Mouchegh Petrossian married the great-granddaughter of Lazarus Mailoff, the first producer of caviar in Russia. ([[:Category:|link]])[[Category:]]
  6. 1 2 US Archives, RG 256, 184.021/304/364
  7. 1 2 Republic of Armenia Archives, File 421/1, H. H. Hay Teghekagir Biuro Parisum, 1919 t., no 59; File 66a/3, Bulletin no. 34; File 132/31, H. H. Pativrakutiun, 1920
  8. 1 2 Hovannisian, [by] Richard G. The republic of Armenia (2. print.). Berkeley: University of California Press. 1971. səh. 145. ISBN 9780520018051. In February teams of civil and mining engineers and technicians from other parts of the Caucasus and from southern Russia were employed to study the soil, survey the mineral deposits, assess the industrial potential, and formulate plans for the reconstruction of Armenia. This important project was financed through a grant of 2 million rubles from the Mailov brothers, oil magnates who had amassed a fortune in Baku before the World War.
  9. Saffron, Inga. Caviar the strange history and uncertain future of the world's most coveted delicacy (1st). New York: Broadway Books. The Mailoffs were also refugees from the revolution, but before fleeing to Paris, they had operated an armada of sturgeon boats in Baku. 127–128. ISBN 9780767911191. İstifadə tarixi: 10 March 2013.
  10.  (rus.) On Baku for Those Who Has Never Been There Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine by Elena Kolmanovskaya. Baku Pages. 31 March 2003
  11. 1 2 Aliyev, Seymur. "Genesis of Oriental opera". Azernews. 5 December 2012. 4 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2013.
  12. "Opera & Ballet Theatre". Hg2 Baku. 14 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2013.
  13.  (rus.) The Opera and Ballet Theatre Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine by Manaf Süleymanov. The Past Days. 1990
  14. Armenia-Russia: The dialogue in the space of artistic culture, Materials of International symposium, Moscow 2010, p. 16 (by Dr. M. Gasparyan) Arxiv surəti 26 oktyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 26 oktyabr 2014 at the Wayback Machine