Maya Kassandra Soetoro-Nging.Maya Kassandra Soetoro-Ng[1] - 15 avqust 1970-ci ildə Cakartada (İndoneziya) anadan olub.[2]) ABŞ-nin 44-cü Przezidenti Barak Obamanın ana bir, ata ayrı bacısıdır. Əvvələr orta məktəbdə tarix müəllimi idi,[3] hal-hazırda Havay Universitetinin müəllimidir.
Maya və Barak bir neçə il birlikdə İndoneziyada və Havay adalarında yaşamış, sonradan anası Barakı Havay adalarında ata-anasının yanında qoyaraq Maya ilə birlikdə İndoneziyaya getmişdir.[3] 1980-ci ildə onun valideynləri ayrıldıqdan sonra atası ikinci dəfə ailə qurur. Onun o ailədən Yusuf Aci Soetoro (1981) adlı qardaşı və Rahayu Nurmaida Soetoro (1984) adlı ögey bacısı vardır.[5]
İndoneziyada o ilk əvvəl evdə anasından təhsil alır, sonra 1981-1984-cü illərdə Cakarta beynəlxalq məktəbinə gedir[6] Havaya qayıtdıqdan sonra Honoluludakı Punahou məktəbinə gedir[7] və oranı 1988-ci ildə bitirir.
Maya qardaşı Barak ilə dot münasibətlərindən çox danışır, baxmayaraq ki, bir müddət bir-birindən uzaq yaşayıblar. Onların Havayda yeni il bayramını ailələri ilə birgə keçirməyi xoşladıqlarını qeyd edir.[3]
Maya anası və qızı Suheyladan həvəsləndiyi və 2011-ci ildə çap etdirdiyi Aya pilləkan kitabının müəllifidir.[10][11] O həmçinin bildirib ki, ali məktəblərdə münaqişələrin qarşısının alınması yollarından bəhs edən kitab üzərində işləyir.[3]
O əvvəlcə Havaydakı qızlar məktəbində və məktəb laboratoriyasında tarix müəllimi işləyir. Həmçinin Havay Universitetinin axşam çöbəsində təhsilini davam etdirir.[12] Ondan əvvəl isə 1996-2000-ci illərdə Nyu0York məktəblərinin birində tədris layihəsində iştirak edir.[13]
2009-cu ildə Soetoro-Ng anasının disertasiyası əsasında Hər şeyə rəğmən yaşamaq:İndoneziyada sənaye kəndi adlı kitab çapına kömək edir. Ona ön söz yazır və Amerika Antropoloji Assosiasiyasının illik yığıncağında onun təqdimatını keçirir.[14] Son dövrə qədər o Şərq-Qərb təhsili problemləri üzrə mütəxəssis və Havay Universitetinin dosenti idi .
Soerto-Ngnin Havay Universitetində doktorluq tədqiqat mövzusu dərs dediyi İndoneziya beynəlxalq məktəbi ilə Nyu-York məktəblərinin tədris sistemlərinin müqayisəsidir. O dissertasiyasında hər iki məktəbin müəllim və tələbələrinin sorğusunu keçirərək keyfiyyət fərqini tapamağa çalışır.
2007-ci ilin may ayında Maya qardaşının seçki kampaniyasında iştirak edəcəyini bəyan edir[15][16] və bunun üçün iki aylıq məzuniyyət götürür.[17] Maya Soetoro-Ng 2008-ci ildəABŞ Demokrat Partiyasının qurultayında çıxış edir [18] və orada qardaşının həyatı barədə məlumat verir və partiya fəaliyyətinə Asiya-Amerika gücü də gətirir.[19]
2003-cü ildə [20] Maya Ontarioda yaşyan çin əsilli kanadalıya ərə gedir (吴加儒).[21] Onun əri hal-hazırda ABŞ vətəndaşıdır ,[22]Havay Universitetinin Kreativ Media Akademiyasının dosentidir.[23] Onların iki qızı var: Suheyla [23] və Savita. Əri Konrad-Ng Smitson İnstitutunun Asiya proqramında 2009-cu ilin ən yaxşı alimi elan edilib.[3]
↑Cooper, Tom. "Keep watch for Obama". The Hamilton Spectator. January 20, 2009. February 3, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 28, 2009.
↑ 12Fornek, Scott. "'He helped me find my voice'". Chicago Sun-Times. September 9, 2007. January 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 31, 2011.
↑Green, Stephanie; Glover, Elizabeth. "Sister and niece act". The Washington Times. August 10, 2009. August 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2009.