Rotşildlər

Rotşild ailəsi — Son araşdırmalara əsasən dünyanın ən zəngin ailəsi. Rotşild ailəsi hazırda dünyada fəaliyyət göstərən 10 ən böyük bankdan 3-nün sahibidir. Forbes jurnalının hesablamalarına görə 10–15 trilyon arası bir sərvətə sahib olduqları bildirilir.

Rotşild nəslinin ən önəmli şüarı belə idi: "Məlumata sahib olan dünyaya sahibdir". Bu şüarı gerçəkləşdirmək üçün Rotşildlər bütün Avropada ən sürətli kuryer şəbəkəsini yaratmışdı. Onların kuryerləri məlumatı, hətta dövlət kuryerlərindən belə tez çatdırırdılar.

1815-ci ildə Napoleon Vaterloda öz sonuncu döyüşünü keçirir. O, döyüşdə məğlub olaraq İngiltərəni Avropanın birinci ölkəsinə Rotşildləri isə Avropanın bir nömrəli bankirlərinə çevirir.

Napoleonun məğlubiyyəti İngiltərə istiqrazlarının qiymətini görülməyən məbləğə çatdıracaqdı. Onun döyüşdə qalibiyyəti isə əksinə — dövlət istiqrazlarının qiymətlərini aşağı salacaqdı.

Biznesmenlər üçün burda əsas məsələ məlumatı birinci əldə etmək idi. Napoleonun məğlubiyyətini Rotşildlər, qurduğu ən sürətli kuryer şəbəkəsinə görə birinci öyrənirlər. Bunu biləndən sonra Natan Rotşild London birjasında öz əlində olan qiymətli kağızları satmağa başlayır. Birjadakı oyunçular Rotşildin bu hərəkətini görüb Napoleonun qələbə qazandığını yəqin edib, əllərində olan qiymətli kağızları satmağa başladılar. Bunun nəticəsində bütün istiqrazların qiyməti iki dəfə düşdü, Rotşild başladı istiqrazları ən aşağı qiymətə topdan almağa. Birjaya Napoleonun uduzmaq xəbəri çatanda artıq gec idi, çünki Rotşild əlində demək olar ki bütün birjanın qiymətli kağızlarını toplamışdı. Napoleonun məğlubiyyəti həmin istiqrazların qiymətini 10 dəfə bahalaşdırdı və Natan Rotşild bu oyunun hesabına 40 milyon funt qazandı. Həmin dönəm üçün 40 milyon funt çox böyük məbləğ idi. Rotşildlər Napoleondan necə istifadə etdi? Bu gün Rotşild nəslinin üzvləri bütün Avropada var. Onlar böyük banklara, istehsal şirkətlərinə, transmilli holdinqlərə sahib olsalar da Rotşild Mayer Amşelin vəsiyyətinə görə, ailə büdcəsi heç kimə açıqlanmır. 2010-cu ildə Baron Benjamin Rotşild bildirib ki, onlar hələ də ənənəvi kiçik ailə biznesi ilə məşğuldurlar. Baronun bu açıqlaması dünyada təəccüblə qarşılanıb. Çünki, iqtisadi ekspertlərin hesablamalarına görə, Rotşildlər dünyadakı briliantın 75 faizinə sahibdirlər. Əgər baronun dediyi kiçik ailə biznesi budursa, onun böyük biznes anlayışı nədir?

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]