Maykl Feqan (8 avqust 1948, London) — 1982-ci ildə Kraliça II Elizabetin Bukinqem sarayındakı yataq otağına soxulmuş Britaniya vətəndaşı.[1]
Maykl Feqan | |
---|---|
Doğum tarixi | 8 avqust 1948 (76 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Tanınır | İki dəfə Bukinqem sarayına daxil olub; Kraliça II Elizabetin Bukinqem sarayındakı yataq otağına daxil olub (1982) |
Cinayət |
|
Cinayət cəzası |
|
Cinayət statusu |
|
Həyat yoldaşı | Kristin Feqan |
Maykl Feqan 8 avqust 1948-ci ildə Londonun Klarkenuell şəhərində,[2] Ayvi və Maykl Feqanın oğlu olaraq anadan olmuşdur.[1] Atası polad quraşdırıcısı və "çempion" seyf qırıcı idi. Onun Margori və Elizabet adlı iki kiçik bacısı var idi.[1] Feqan 1966-cı ildə, 18 yaşında ikən özünün dediyinə görə zorakı atasından qaçmaq üçün evi tərk edir və rəssam və dekorator kimi işləməyə başlayır. 1972-ci ildə o Kristin ilə evlənir və bu evlilikdən onların dörd övladı olur.[1] Feqan 1970–1980-ci illərdə Fəhlə İnqilabi Partiyasının Şimali London bölməsinin üzvü olmuşdur.[3]
1982-ci ilin iyul ayının əvvəlində Feqan gizli şəkildə Bukinqem sarayına girdi.[1] Feqanın dediyinə görə, o, drenaj borusu ilə dırmanıb və təhlükəsizliyi çağıran qulluqçunu çaşdırıb. Mühafizəçilər gələnə qədər o yoxa çıxmış və onlar qulluqçunun xəbərinə inanmamışdılar. Feqan daha sonra damdakı kilidi açıq pəncərədən saraya daxil olduğunu və pendir və kraker yeyərək növbəti yarım saat ətrafda dolaşdığını demişdir. Bu zaman dilimində ümumilikdə üç həyəcan siqnalı işə salınsa da, polis onların səhv olduğuna inanaraq onları söndürmüşdür.[1] Feqan kral ailəsinin portretlərinə baxmış və bir müddət taxtda oturmuşdur. O, poçt otağına girməyindən də danışıb. Feqan burada yarım şüşə ağ şərab içmiş və daha sonra yorulub getmişdir.[1]
9 iyul 1982-ci il, saat 7:00 radələrində Feqan Bukinqem sarayının ətrafındakı 4,3 metr hündürlüyündəki tikanlı məftillərlə örtülmüş divarı[4] aşmış və drenaj borusuna dırmaşmışdır.[2] Siqnal sensoru onun hərəkətlərini təsbit etsə də, polis həyəcan siqnalının nasaz olduğunu düşünərək onu susdurub.[1] Feqan kral ailəsinin mənzillərinə çatmazdan əvvəl bir neçə dəqiqə dəhlizləri dolaşıb. Feqan daha sonra şüşə külqabını sındıraraq əlini kəsmiş və 7:15 radələrində əlində şüşə parçası ilə kraliça II Elizabetin yataq otağına daxil olmuşdur.[2]
Kraliça Feqan pərdəni tərpəttikdə oyanmışdır. İlkin məlumatlarda onun kraliçanın çarpayısının kənarında oturduğu deyilsə də, Feqan 2012-ci ildə verdiyi müsahibədə kraliçanın mühafizəni axtarmaq üçün dərhal otağı tərk etdiyini söyləyib.[1] Kraliça polis üçün iki dəfə sarayın kommutatoruna zəng etmiş, lakin heç biri gəlməmiş, ona görə də çarpayısının yanındakı həyəcan zəngindən istifadə etmişdir. Kraliça həmçinin dəhlizdəki ev qulluqçusu çağırıb və onu təcili yardım axtarmağa göndərib.[5] Saray növbətçiliyində olan iki polis gələrək Feqanı otaqdan çıxarmışdır. Hadisə kral yataq otağının qarşısındakı silahlı polis məmuru əvəzi edilənə qədər vəzifədən çıxdığı zaman baş verib.[4]
Sonrakı polis hesabatında növbətçi zabitlərin səriştəsi, həmçinin qarışıq və bölünmüş komanda sistemi tənqidi edilmişdir.[2] Polislər üçün tək məsuliyyət daşıyan daxili işlər naziri Uilyam Uaytlou öz istefasını təklif edilsə də, baş nazir Marqaret Tetçer bunu rədd etmişdir.[5][1]
Feqanın hərəkətləri o zaman cinayət deyil, mülki hüquq pozuntusu olduğu üçün o kraliçanın yataq otağına girməklə deyil,[6] şərab oğurluğu ilə ittiham olunmuşdur. İyulun sonlarında Feqanın anası deyib: "O, Kraliça haqqında çox düşünür. Onun sadəcə danışmaq, salam vermək və problemlərini müzakirə etmək istədiyini təsəvvür edə bilirəm."[7] O, 21 yanvar 1983-cü ildə azad edilməzdən əvvəl[8] növbəti üç ayı ruhi xəstəxanada keçirmişdir.[9]
Saraya icazəsiz giriş yalnız 2007-ci ildə cinayətə çevrilmişdir.[10]
Bukinqem sarayına girdikdən iki il sonra Feqan Uelsin Fişqard şəhərindəki kafedə bir polisə hücum etdi və üç aylıq şərti həbs cəzası aldı.[11] O 1983-cü ildə Bollock Brothers pank qrupu ilə "God Save the Queen" mahnısının yeni versiyasını yazdı.[12] 1997-ci ildə Feqan, həyat yoldaşı və onların 20 yaşlı oğlu Arran heroin tədarükünün təşkili ilə ittiham olundular və dörd il həbs edildilər.[1]
8 sentyabr 2022-ci ildə Kraliçanın ölümündən sonra Feqan jurnalistlərə yerli kilsədə onun xatirəsinə şam yandırdığını söyləmişdir.[13]
At the time I favoured admitting that Fagan had been recruited and belonged to one of our North London branches. We should make clear his palace break-in was his own initiative and had nothing to do with the WRP, and he would now face internal disciplinary proceedings.