Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan

Hitler çaydanı

Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan və ya tanınan adı ilə Hitler çaydanı[1] – 2013-cü ildə ABŞ-də "JCPenney" mağazalar şəbəkəsi tərəfindən satılmış polad çaydan.[2][3] Nasist Almaniyasının diktatoru Adolf Hitlerə oxşadılması səbəbilə sosial mediada diqqət cəlb etmişdir.[4][5]

Çaydan ABŞ memarı və dizayneri Maykl Qreyvs tərəfindən "JCPenney" üçün dizayn edilmiş məhsullar kolleksiyasının bir hissəsi idi.[1] Kaliforniya ştatının Kalver-Siti şəhərinin 405-ci ştatlararası avtomagistralında quraşdırılmış reklam lövhəsinin fotolarının 2013-cü ilin mayında sosial şəbəkələrdə paylaşılmasından sonra çaydan internet, xüsusilə də, Reddit istifadəçi tərəfindən Nasist Almaniyasının diktatoru Adolf Hitlerə bənzədilmişdir. Çaydanın qara rəngdə olan qulpu və qapağı Hitlerin saç stili və bığı ilə, lüləyi isə nasist salamı verən sağ qolu ilə müqayisə olunmuşdur.[6][7] "KPCC" dinləyiciləri arasında keçirilmiş sorğuda iştirakçıların 31%-i çaydanın diktatoru xatırlatdığını, 25%-i xatırlatmadığını bildirmişdir.[6]

Medianın diqqətindən sonra "JCPenney" məhsula marağın səbəb olduğu reklam lövhəsini yığışdırmış[6][7][8] və çaydanın Hitlerlə bənzərliyinin təsadüfi olduğunu açıqlamışdır: "Əgər biz bir kəsə oxşayan çaydan dizayn etsəydik, biz bunu qar adamı ilə edərdik".[9] Hitler çaydanı pareydoliyaya bir nümunə kimi göstərilir.[5][8] "Haaretz" üçün yazan Qavriel Rozenfeld Hitler çaydanının populyarlığının "hitlerləşdirmə"nin və Hitler memləri fenomeninin bir parçası olduğunu bildirmişdir.[10]

Populyarlığı səbəbilə "JCPenney" mağazalarındakı bütün Hitler çaydanları satılmış, daha sonra eBay-da 199 ABŞ dolları qiymətində (orijinal qiyməti 40 ABŞ dolları) satışa çıxarılmışdır.[4]

  1. 1 2 "Michael Graves Design Bells and Whistles Stainless Steel Tea Kettle". JCPenney. 2013-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  2. Sanburn, Josh. "JCPenney's 'Hitler' Teakettle Sells Out Online". Time. 2013-05-29. ISSN 0040-781X. December 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  3. Kumar, Sashi. "Tea-selling Narendra Modi". The Hindu (ingilis). 2014-01-21. ISSN 0971-751X. March 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  4. 1 2 Rogers, Katie. "JC Penney's 'Hitler' tea kettle sells out but finds a new home on eBay". The Guardian (ingilis). 2013-05-29. March 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  5. 1 2 Kluger, Jeffrey. "Why Your Brain Thinks This Picture Shows a Giant, Martian Crab Monster". Time (ingilis). 2015-08-03. March 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  6. 1 2 3 Chappell, Bill. "Tempest Over A Teapot: JC Penney Removes 'Hitler' Billboard". NPR (ingilis). 2013-05-29. March 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  7. 1 2 Williams, Rob. "Kettle that looks like Adolf Hitler selling for up to $199 on eBay". The Independent (ingilis). 2013-05-31. March 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  8. 1 2 Osterholm, Jay. "J.C. Penney Hitler Scandal to Abercrombie & Fitch's Fat Feud: How Viral Content & Social Sharing Don't Do a Company Good" (PDF). ODM Group. June 6, 2013. April 24, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 noyabr 2024.
  9. JCPenney [jcpenney]. "@mashable Totally unintentional. If we'd designed the kettle to look like something, we would've gone w/a snowman :)" (Tweet). May 28, 2013. İstifadə tarixi: 1 noyabr 2024.
  10. Rosenfeld, Gavriel. "How We Got Hitler-ized: What the Ubiquity of the Fuhrer Says About Our Culture". Haaretz. June 28, 2013. June 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.