Mehdiabad (Abşeron)

MehdiabadAzərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Mehdiabad
40°30′02″ şm. e. 49°51′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1956
Saat qurşağı
Əhalisi
Əhalisi 12 700 nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0118
Xəritəni göstər/gizlə
Mehdiabad xəritədə
Mehdiabad
Mehdiabad
Mehdiabad xəritədə
Mehdiabad
Mehdiabad

1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində Abşeron Üzümçülük sovxozlarının salınmasına qərar verilir və ora rəhbərlik etmək Səfər Səfərova tapşırılır. S.Səfərovun təşəbbüsü ilə sovxoz üçün yeni qəsəbələrin salınması qərara alınır və tezliklə ilk binalar tikilir. Qəsəbə partizan, Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə Mehdiabad adlandırılır.[2]

Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib. Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949–1950-ci illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.[3]

1999-cu ildə inzibati islahatlar aparıldı və yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilərkən Mehdiabad bələdiyyəsi yaradılıb. Hazırda bələdiyyədə 13 nəfər üzv, 9 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir.

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Sovet dövründə qəsəbədə üzümçülük sovxozu, şərabçılıq emalatxanası, orta məktəb, kitabxana, kinostansiya, tibb məntəqəsi yerləşirdi.[2].

Qəsəbədə şərab zavodu, kərpic zavodu, poçt, 5 orta məktəb, uşaq musiqi məktəbi, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, şadlıq sarayı, polis bölməsi, məscid var.

Qəsəbədə Qara Yanvar qurbanlarının xatirəsinə abidə ucaldılıb.

[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Azərbaycan Sovet Ensiklopediyası (PDF) (az.). 6. Bakı. 1979. 467. 2018-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-28.
  3. "Arxivlənmiş surət". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  4. "Arxivlənmiş surət". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.