Mekertiç Portağalyan

Mekertiç Portağalyan (erm. Մկրտիչ Փորթուգալյան; 21 oktyabr 1848[1], Qumqapı, Konstantinopol, Osmanlı imperiyasıoktyabr 1921[2][3], Marsel) — Osmanlı ermənisi olan müəllim və Armenakan partiyasının qurucusu. Partiya 1885-ci ildə Van şəhərində qurulmuşdur. İstanbul şəhərində yaşayan bir bankirin oğlu olan Portağalyan Tokat şəhərində müəllimlik etmiş, 1878-ci ildə Qərbi AnadoluyaBalkanlara səyahət etdikdən sonra Van şəhərində bir məktəb açmışdır. Məktəb üzvlər arasında baş verən qarşıdurma səbəbilə ilin sonunda bağlanmışdır. Portağalyan 1881-ci ildə başqa bir məktəb açmış, lakin 1885-ci ildə Osmanlı rəsmiləri tərəfindən bağlanılmışdır. Bundan sonra o, Fransanın Marsel şəhərinə sürgün edilmişdir.[4] Portağalyan 1885-ci ildə Marseldə məskunlaşaraq ilk inqilab tərəfdarı olan "Ermənistan" qəzetinin nəşrinə başlamışdır.[5]

Mekertiç Portağalyan
erm. Մկրտիչ Փորթուգալեան
1 avqust 1885 – oktyabr 1921
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1848(1848-10-21)[1]
Doğum yeri
Vəfat tarixi oktyabr 1921[2][3]
Vəfat yeri
Partiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://gallica.bnf.fr/ark:/12148/bpt6k9756279t/f163 (fr.).
  2. 1 2 Mkrtichʻ Pʻortʻugalean // Faceted Application of Subject Terminology.
  3. 1 2 Bibliothèque nationale de France Mkrtitch Portougalian // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Walker, Christopher. Armenia, the survival of a nation. Croom Helm. 1980. səh. 126.
  5. Libaridian, Gerald J. Modern Armenia people, nation, state. New Brunswick, N.J.: Transaction Publishers. 2007. ISBN 978-1412813518.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]