Melani Raysez Kleyn (30 mart 1882[2][3][…], Vyana[4] – 22 sentyabr 1960[2][3][…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir.
Melani Rayzes Kleyn | |
---|---|
Melanie Klein | |
Doğum adı | Melanie Reizes |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya-Macarıstan İmperiyası |
Vəfat tarixi | (78 yaşında) (78 yaşında) |
Vəfat yeri | London, İngiltərə |
Dəfn yeri | |
Elm sahəsi | Psixoanaliz |
Təhsili | |
Tanınır | Uşaqlar üçün terapevtik üsullar |
melanie-klein-trust.org.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi.[5] Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi.[6]
Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir.[5]
Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi.
1900-cü ildə atası Moriz Rayzes sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir. 1902-ci ildə isə qardaşı Emanuel infarkt keçrdikdən sonra vəfat edir. Melaniya Kleyn qardaşının ölümü ilə dərindən yaralanır. Buna baxmayaraq 1903-cü il mart ayının 31-i ad gününün səhəri iyirmi bir yaşında Artur Steven Kleyn ilə ailə qurur.[5]
Həyat yoldaşı Artur, iş fəaliyyəti səbəbiylə tez-tez səyahətlərə çıxır və getdikcə Melani Kleyndən uzaqlaşır. Kleyn bu evliliyi bədbəxt olmasının əsas səbəbi kimi izah edirdi.[5]
1904-cü ildə ilk övladı Melitta dünyaya gəlməmişdən əvvəl Kleynin ailəsi Rosenberqə köçür. Digər uşaqları Hans, 1907-ci ildə, Erix isə 1914-cü ildə dünyaya gəlmişdir. Bu dövr ərzində M. Kleyn ciddi emosional problemlər yaşayırdı.[5]
Kleynin ailəsi 1910-cu ildə həyat yoldaşı Artur Kleynin işi səbəbi ilə Budapeştə köçdü. 1912-ci ildəki nisbi sakitliyə baxmayaraq, 1913–1914-cü illər yəni, Erixin dünyaya gəldiyi, anası Libussanın isə vəfat etdiyi dövrlərdə M. Kleynin ailə həyatında problemlər yaşanırdı. Onun 1913–1920 illər arasında depressiyadan xilas olmaq üçün, eyni zamanda anasına yazdığı məktublar sübut olaraq göstərilə bilər. Baş verən mənfi hadisələr səbəbi ilə cütlük 1923-cü ildə boşandı.[5]
Melani Kleyn qeyd edildiyi kimi, evliliyindəki böhran və daha sonra anasını itirməsi səbəbi ilə dərin bir depressiyadan əziyyət çəkirdi. Ailəsi ilə Budapeştdə məskunlaşdıqdan sonra Macarıstanın ən görkəmli analitiki və Ziqmund Freydin "sevimli oğlu" deyə adlandırdığı Sandor Ferenczi (1873–1933) ilə 1912-ci ildən 1919-cu ilədək davam edən bir analizə başladı. 1914-cü ildə Z. Freydin "Xəyallar haqqında" adlı yazısını oxuduqdan sonra psixoanalizə ilkin səviyyədən qoşuldu.[5]
Ferenczinin bəzi xüsusiyyətlərini təqlid etməkdən əlavə, o, "introvert əksolunma" və "əks olunma" anlayışlarını da mənimsəyir. Kleyn bu anlayışları məharətlə mənimsəyərək köklü şəkildə dəyişdirir.[5] M. Kleyn öz tərcümeyi-halında Ferenczinin uşaq psixoanalizinə yönəldiyini qeyd edir.[5]
1919-cu ildə Melanye Kleyn Butapeştdə Psixoanaliz Dərnəyinə tədqim ediyi, növbəti il "Der Familienroman in statu nascendi" başlığı ilə nəşr olunan ilk uşaq analizi sayəsində tədqiqatlarını heç kimin nəzarəti olmadan davam edə biləcək dərnəyə üzv olaraq qəbul edildi. Üç yaşından bəri müşahidə etdiyi öz oğlu Erixin təhlilini Fritz adı ilə təqdim etdi. M. Kleynin digər iki övladı isə anası tərəfindən tərbiyə olunmuşdur. Dərnəyə təqdim etdiyi bu analizdən etibarən həmkarları Kleynin yanaşmasının psixoanalizin ilk illərində tanınan uşaq analitiki Hermine fon HugHellmuthun və Anna Freydin yanaşmasından fərqli olduğunu söylədilər.[5]
Birinci Dünya Müharibəsi illərində Melani Kleyn Berlinə getdi. O, burada psixoanalizin tanınmış şəxslərindən olan Karl Abraham ilə tanış oldu. K. Abraham Kleynin məsləhətçisi və müəllimi olmaqla yanaşı, onun nəzəriyyəsinə də böyük təsir göstərmişdir. Beş ilini Berlin Psixoanaliz İnstitutunda keçirən Kleyn burada nəzəriyyəsini inkişaf etdirmişdir.[5]
M. Kleyn Salzburq Psixoanaliz Konqresində Ernest Conesun diqqətini cəlb etdikdə, 1925-ci ilin sonlarında onun dəvəti ilə Londona köçdü.[6] Kleyn uşaqlar üzərində apardığı psixoanalitik tədqiqatlarında diqqətini mənimsənilmiş cisimlərə yönəldərək psixoanalitik nəzəriyyəyə fərqli bir baxış tərzi gətirmişdir. Onun fikirləri əvvəlcə Britaniya Psixoanalitik Cəmiyyətində sərt mübahisələrə səbəb oldu. Kleynə qarşı çıxan ilk tədqiqatçılardan biri Anna Freyd idi.[7]
Donaldson (1996) tərəfindən bildirildiyi kimi, Anna Freud 1927-ci ildə nəşr olunmuş "Uşaqları təhlil üsullarına giriş" adlı kitabında Kleynin metodunu mühakimə etdi və sərt şəkildə "Bu fikir Freydizm nəzəriyyəsinə adi deyil" deyə fikrini bildirdi.[8]
Uşaqların Təhlili Simpoziumu M. Kleynin Annanın tənqidlərinə cavab verməsi məqsədilə təşkil olunmuşdu. Həm Melani Kleyn həm də Anna Freyd hər ikisi öz nəzəriyyələrini qurarkən Ziqmund Freydin fikirlərinin fərqli elementlərini toplamışdırlar, lakin aralarındakı fərq nəzəriyyələrinin inkişaf nəzəriyyəsimi yoxsa terapevtik üsullarmı olması ilə bağlı idi. Annanın nəzəriyyəsi Z. Freydin uşağın psixoloji inkişaf nəzəriyyəsinə heç bir şəkildə zidd deyildi. Melani Kleynin isə nəzəriyyəsində Freydin klinik təcrübəsinə üstünlük verməklə yanaşı, inkişaf nəzəriyyəsində bir sıra dəyişiklik etdi və böyüklər üçün tətbiq olunan analitik üsullardan uşaqlar üçün istifadə etməyi seçdi. Əslində, hər iki fikir arasındakı qarşıdurmanın səbəbi Kleynin fikrinə görə, ölüm instinkti nəzərdən keçirilərkən supereqo ilə bağlı nəzəri hissənin nəzərə alınması lazım idi. Çünki, o, bunun Edip kompleksindən əvvəl baş verdiyinə inanırdı.[8]
St. Clairin (2004) bildirdiyinə görə, öz uşaqlarını və yoldaşlarının övladlarını təhlil edən Melani Kleyn, sərt və cəzalandırıcı bir supereqonun çoxdan meydana gəldiyini müşahidə etmişdir. Buna görə də o, bu quruluşun inkişafında Ziqmund Freydin qeyd etdiyi kimi Edip kompleksinin deyil, ana ilə olan əlaqənin böyük rolu olduğunu söylədi.[8]
Nəhayət dərnəkdə bir ayrılma baş verir. "B qrupu" adlanan hissə Anna Freydin rəhbərliyi altında keçir. "A qrupu" adlı ikinci qrup isə Kleynin rəhbərliyinə bağlı qalır. "Müstəqil" adlanan üçüncü bir hissə isə neytral qalmağı üstün tutur. Bu bölgü bu gün də öz mövcudluğunu qoruyur.[7]
Qırx yaşlarından etibarən Kleyn artıq gənc xəstələri analiz üçün qəbul etmirdi. 22 sentyabr 1960-cı ildə anemiya və qocalıq səbəbilə 78 yaşında Londonda vəfat etdi.[5]
Melani Kleyn "Obyekt Münasibətləri Məktəbi"nin qurucusu hesab olunur. Kleynin Obyekt münasibətləri nəzəriyyəsi, körpənin ilk altı ayında ana və uşaq arasındakı sıx emosional əlaqəni vurğulayır. O, körpə və ana arasındakı əlaqəni cinsəllikdən çox, sosial və idrak baxımından izah edir.[9]
M. Kleyn oyun texnikasını Berlində K. Abrahamın rəhbərliyi altında öz övladları ilə deyil, həmkarlarının uşaqları ilə həyata keçirmişdir.[5] Bu metod Kleynin istifadə etdiyi ən əsas metod olduğunu söyləmək olar.
Təhlil otağında qısa masada kiçik və sadə oyuncaqlar var: kiçik taxta kişilər və qadınlar, avtomobillər, arabalar, qatarlar, heyvanlar, evlər, həmçinin kağız, qayçı və qələmlər. Komplekslər ilk əlamətlərini oyuncaqlar ilə necə oynadıqları və ya dayandırdıqları zaman həmçinin, oyuncaqlara olan ümumi münasibətləri ilə büruzə verir.[10]
Bu tip oyuncaqlar oyun təhlili texnikasında böyük əhəmiyyət daşıyır. Kiçik ölçüdə və çoxlu sayda olması uşağa oyunda fərqli rol növləri təqdim edir. Eyni zamanda, onların sadəliyi onlardan müxtəlif yollarla istifadə etməyə imkan verir. Beləliklə, bu cür oyuncaqlar xəyal və təcrübələri müxtəlif yollarla və ətraflı şəkildə ifadə etmək üçün yaxşı bir vasitədir.[10]
Adi oyunlarla yanaşı fantaziyaya söykənən və xəyali oyunların da böyük əhəmiyyəti vardır. Xəyali oyunlarda uşaq oyuncaqlar vasitəsilə özünü, məhz analizinin növbəti mərhələsində nümayiş etdirdiyi özünü oynayır. Bu oyunlarda analitik adətən bir və ya daha çox rol alır. Kleyn uşağa bu rolları mümkün qədər ətraflı şəkildə izah etməyə sövq edirdi.[10]
Oyun texnikasının özünəməxsus bir şərh tərzi var. Kleynist şərh, oyun texnikasının ayrılmaz hissəsi, hətta əsasıdır.[5]
Kleyn üçün oyun oynamaq Freyddə yuxunun gördüyü funksiyanı, təhtəlşüura gedən müqəddəs yolu bərpa edir. Oyun əsnasında şiddətin necə ifadə olunduğuna və zədələnmiş obyektlərə xüsusi diqqət yetirən Kleyn, analitikə qarşı fiziki şiddəti qadağan etməkdən başqa bir qadağa qoymur.[5]
Kleyn öz nəzəriyyəsini körpələrin daxili qarşıdurmaları, aqressiv impulsları, ibtidai məhv etmə, zərər yetirmə kimi narahatlığına tab gətirmək üzərinə inkişaf etdirmişdir.[11] Bu nöqtədə o, körpələrin həyatlarının ilk ilində yaşadıqlarını iddia etdiyi iki mövqedən bəhs edir.
Kleyn "Paranoid-şizoid mövqe" və "depresif mövqe" anlayışlarından bəhs edir. O, burada ruhi sahədəki fəaliyyəti və dəyişiklikləri başa düşmək üçün, həmçinin psixoanalitik mərhələlərin tərəfdarları tərəfindən qoyulmuş sərt xronologiyalara etiraz etmək məqsədi güdmüşdür.[5] Alfordun (1989) fikrinə görə, bu mövqelər inkişaf mərhələsi kimi deyil, özünəməxsus təşviş, müdafiə və daxili obyekt əlaqələri olan bir mənlik anlayışı kimi başa düşülməlidir.[11]
Paranoid-Şizoid Mövqeyi: Bu mövqedə körpə narahatlıqlarını azaltmaq üçün istəmədiyi təcavüzkar və pis tərəflərini, anaya, daha doğrusu ananın sinəsinə əks etdirərək özündən uzaqlaşdırmağa çalışır. Bu vəziyyətdə "pis" anadır.[11]
Depressiv mövqe: Bu dövrdə daha fərqli münasibətlərə girən uşaq ananı və özünü tam olaraq, yəni "yaxşı" və "pis"in cəmindən ibarət olduğunu gördükcə keçmişdə ananın yaxşı cəhətlərini görmədiyi üçün özünü günahkar hiss edir.[11]
Melani Kleyn və Z. Freydin fikir ayrılığının əsas məqamları məlum olsa da, heç vaxt qəti bir rədd olaraq ortaya çıxmamışdır.[5] Həmin fərqləndirici məqamları aşağıdakı kimi sıralamaq olar:
— Z. Freydin təhtəlşüur anlayışı, arzu və təzyiq altında tutulma ətrafında qurulmuşdur. Melani Kleyn, yenidoğulan uşağın ruhi ağrılarına, bölgü proseslərinə və məhdud olsa da, ilkin ortaya çıxan ucaltma qabiliyyətinə diqqət yetirir.
-Z. Freydin impulsunun mənbəyi və məqsədi var, amma obyekti yoxdur. M. Kleynin sözlərinə görə isə yeni doğulmuş körpənin impulsları əvvəldən cisimə (döş, ana) yönəldilmişdir.
-Z. Freyd, subyektin ruhi (mənəvi) həyatının mərkəzini kastrasiya kompleksi və atanın funksiyası ətrafında müəyyənləşdirir. Bu faktları görməzdən gəlməyən Melani Kleyn psixoanalitik nəzəriyyələrində əskik olan ana funksiyasını digər iki funksiyaya əlavə edir. Nəticə etibarı ilə, Edip üçbucağının ikili əlaqəyə endirilməsi riski vardır, lakin onun nəzəriyyəsində ikili münasibət həmişə "birləşdirilmiş" ana obyektin ilkin vəziyyəti kimi qəbul edilir.
-Z. Freyd heç vaxt sevgini nəzəriyyə kimi qurmasa da, sevginin ötürülməsinə əsaslanan psixoanalizi icad etmişdir. Kleyn isə gənc xəstələrin analitikə — ananın yerini tutan özünə — yönəltdiyi ana ilə əlaqəli məlumatları təhlil edir. O, eyni zamanda uşaqlarla oynayarkən ortaya çıxan və analitikə yönəldilmiş (hansı ki, bu hal tələbələr tərəfindən təsdiqlənmişdir) fantaziyaları dinləməyi qarşısına məqsəd qoyur.
-Z. Freyd üçün yuxular və dil, M. Kleyn üçün isə oyuna daxil olan fantaziyalar metod kimi qəbul olunur.[5]
Melani Kleynin bütün əsərləri dörd cild şəklində toplanmış və Hogart Nəşriyyat tərəfindan nəşr etdirilmişdir.[12]
1. Love, Guilt and Reparation and Other Works 1921–1945 (The Writings of Melanie Klein, Volume 1)
2. The Psycho-Analysis of Children (1932) (The Writings of Melanie Klein, Volume 2)
3. Envy and Gratitude and Other Works 1946–1963 (The Writings of Melanie Klein, Volume 3)
4. Narrative of a Child Analysis: The Conduct of the Psycho-Analysis of Children as Seen in the Treatment of a Ten-Year-Old Boy (The Writings of Melanie Klein, Volume 4)
Türk dilinə tərcümə edilmiş kitablara misal olaraq aşağıdakılar göstərilə bilər:
1. Sevgi, Suçluluk ve Onarım (2008) (B. Habip, Çev.). İstanbul: Kanat.
2. Haset ve Şükran (2011) (O. Koçak ve Y. Erten, Çev.). İstanbul: Metis.
3. Çocuk Psikanalizi (2015) (A. Demir, Çev.). İstanbul: Pinhan