Supereqo (ing. Super-ego) və ya supermən (alm. Über-Ich) — Freydin psixoanaliz nəzəriyyəsinə görə, insan psixikasının üç komponentindən (eqo və id ilə birlikdə) biri.[1] Supereqo insanın əxlaqi və dini münasibətlərinə, davranış normalarına və əxlaqi qadağalarına cavabdehdir və insanın tərbiyəsi prosesində formalaşır. Supereqonun funksiyaları vicdan, introspeksiya və insanın ideallarının formalaşmasıdır.[2]
Supereqo sahəsindən insan intuisiya və müxtəlif ilham formaları alır. Bunlar fəlsəfi, bədii və elmidir. Digər elementlər etik "imperativlər", insanpərvər və qəhrəmanlıq istəkləri, altruizmdir.[3]