Melborn adası (ing. Melbourne Island) — Kanada Arktik arxipelaqı daxil olan adadır. 2012-ci ilin məlumatlarına əsasən adada insan yaşamır.
Melborn adası | |
---|---|
ing. Melbourne Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 381 km² |
Uzunluğu |
|
Eni | 16 km |
Hündür nöqtəsi | 100 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
68°30′00″ şm. e. 104°45′00″ q. u. | |
Ölkə | Kanada |
Region | |
Akvatoriya | |
|
Ada Kuin-Mod körfəzinin qərb hissəsində yerləşmişdir. Ada Kanadanın materik hissəsinə daxil olan Kent yarımadasının 9 km şərqdə və böyük ada olan Viktoriyadan (böyüklüyünə görə Kanada Arktik arxipelaqında ikinci adadır) 30 km cənubda yerləşmişdir.
Adanın səthinin ümumi sahəsi 381 km² təşkil edir. Sahil xəttinin uzunluğu 82 kilometrdir.[1] Ada planda ovalşəkillidir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 100 m yüksəklikdə yerləşmişdir. Bu cür yerləşmə adaya günbəzşəkilli forma verir. Adanın uzunluğu cənub-şərqdən şimal-qərbə doğru 29 kilometr təşkil edir. Maksimal eni 16 kilometrdir. Adada bir çox kiçik çarhovuz və göl, bataqlıqlar yerləşmişdir. Bu su mənbələri adada əhəmiyyətli yeri tutur.[2]