Merilin diptixi

Merilin diptixi (ing. Marilyn Diptych) — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri.

Merilin diptixi
Rəssam Endi Uorhol
Tarixi 1962
Üslubu pop-art
Texnikası trafaret çapı
Ölçüləri 205,4 sm[1] × 144,8 sm[1]
Saxlanıldığı yer Teyt qalereyası
Saytı tate.org.uk/art/artworks…
İnventar nömrəsi Y236842

Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır.

Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir.[2][3][4]

2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.[5]

  1. 1 2 3 4 Art UK. Art UK.
  2. Marilyn Diptych Arxivləşdirilib 2010-08-13 at the Wayback Machine. Tate Collection. 2004. Retrieved on September 3, 2008.
  3. Helen Gardner, et al. Gardner's Art Through the Ages. Thompson Wadsworth, 2004. 1054.
  4. Carol Salus. "Behind the Celestial Enchantment". The Poetry of Life in Literature. Ed. Anna-Tereza Timineçka. Springer, 2000. 198.
  5. Charlotte Higgins. "Work of art that inspired a movement ... a urinal Arxivləşdirilib 2013-03-19 at the Wayback Machine". The Guardian. December 2, 2004. Retrieved on September 3, 2008.