Metaforalar

Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir.

Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin üzərinə köçürülməsi yolu ilə düzələn metaforlar bədii ədəbiyyatda çoxluq təşkil edir. Aşıq Ələsgərin "Dağlar" qoşmasının aşağıdakı misralarında işlənən metaforlar bu baxımdan çox səciyyəvi olub şeirə xüsusi gözəllik, təravət vermişdir:

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Digər bir nümunəyə diqqət edək:

Arandan yaylağa tələsir yağış. (Hüseyn Arif)

Bu misrada insanın əlaməti yağışın üzərinə köçrülmüşdür. Lakin insanın adı çəkilməmişdir. İnsan sözündən, yəni bənzədiləndən istifadə olunmamışdır. Bu cümlə "Yağış insan kimi tələsir" olsaydı, onda təşbeh olardı, çünki burda təşbehin 4 predmeti (bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti) də iştirak edib.