Metak FK

Metak FK — və ya digər adı ilə Metak Futbol Klubu. Azərbaycannın Qusar şəhərini təmsil edən futbol klubudur. 1997-ci ildən fəaliyyət göstərən klub, 2018-ci ildən U yaş qrupları üzrə (U10, U11, U12, U13, U14) liqalarda mübarizə aprır.

Metak FK
Loqonun şəkli
Klubun tam adı Metak Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan Respublikası
Ləqəb(lər) Metalçılar
Rəng(lər)             
Yaranma tarixi 1997
Stadionu Metak Arena
Tutumu 2.500
Prezidenti Alik Kərimov
Baş məşqçisi Salman Səfərov
Liqa Yoxdur
2022/2023 Yoxdur


Tarixi[redaktə | mənbəni redaktə et]

Metak şirkətinin rəhbərinin futbola olan marağı "Metak" klubunun təməlinin qoyulması ilə nəticələnir. Belə ki, şirkətin rəhbərinin evinin qarşısında park yer alır, bu parkda uşaqlar futbol oynayırdılar. Ardınca bunu görən balaca futbol meydançası tikdirərək uşaqların ixtiyarına verir. Bununlada kifayətlənməyən Metak şirkətinin səlahiyyətlisi Alik Kərimov, onların inkişafına təkan olsun deyə, əməkdar məşqçi Salman Səfərovu uşaqların üzərinə təyin edir.

Salman Səfərov da öz növbəsində uşaqlar üçün liqada yer alması barədə təklif verir, bu təklif müsbət qarşılanaraq qəbul olunur. Metak klubu liqaya qəbul olunur və ciddi məşqlərə başlayır. Bunun ardından əhalinin "Metak" rəhbərliyi ilə bağlı yaranan güvəninə görə, futbola marağı olan uşaqlar təlim məşqlərinə gəlirlər. Belə ki, bunu görən Metak rəhbərliyi, personalı genişlədərək klubu böyüdür. Nəticə etibarilə klub sadəcə bir liqada deyil, artıq U10, U11, U12, U13 və U14 yaş qrupları üzrə liqalarda çıxış etməyə başlayır.

Klubun gələcək hədəfi, peşəkar oyunçular yetişdirərək, klubu da artıq Azərbaycan Birinci Liqası, Azərbaycan Premyer Liqasına çıxışını təmin etməkdir. Hal hazırda klubun maddi olaraq heç bir problemi yoxdur. Belə ki, Metak rəhbərliyi bütün öhdəliyi üzərinə götürüb. Həmçinin uşaqların zərərli şeylərdən uzaq durmaları üçün klub idarəsi çox çalışır, bu çalışmanın fonunda futbol yarışlarda iştirak da öz yerini tutur.

Məşqçilər[redaktə | mənbəni redaktə et]

  • Salman Səfərov əməkdar məşqçi
  • Mehman Səfərov AFFA, UEFA (C) məşqçi kateqoriyası
  • Vüqar Asəliyev UEFA (C) məşqçi kateqoriyası
  • Fair Əmirquliyev UEFA (C) məşqçi kateqoriyası
  • Mahir Mirzağayev qapıçı məşqçi
  • Əfqan Pirmuradov təməl qrup məşqçi

Uğurları[redaktə | mənbəni redaktə et]

VTB Azərbaycan Kuboku

Üçüncülük (1) — (2022)

U komandası[redaktə | mənbəni redaktə et]

U10[redaktə | mənbəni redaktə et]

AFFA Çempionatı

İkincilik(4) — (2020, 2021, 2022, 2023)

Üçüncülük (1) — (2018)

U11[redaktə | mənbəni redaktə et]

AFFA Çempionatı

Birincilik (1) - (2020,2023)
İkincilik (2) — (2021,2022)

Bort Futbol Festivalı

Üçüncülük (1) — (2012)

U12[redaktə | mənbəni redaktə et]

AFFA Çempionatı

Birincilik (2) - (2021, 2022)
İkincilik (2) — (2021,2022)

U13[redaktə | mənbəni redaktə et]

AFFA Çempionatı

Birincilik (1) - (2022)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]