Metyu Holman

Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofizikiHarvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb.[4]

Metyu Holman
Doğum tarixi 1967
Doğum yeri
Elm sahələri astronomiya[1], astrofizika[1], Günəş sistemi[1], Ekzoplanet[1]
İş yerləri
Təhsili

Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur.[5]

Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır.[4][6]

1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.[4][7]

O, həm də çoxsaylı nizamsız peyk kəşf etmiş komandanın üzvü olub:[8]

  • Kəşf olunmuş Neptunun peykləri:
    • Qalimeda (Neptun IX) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
    • Sao (Neptun XI) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
    • Laomedeya (Neptun XII) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
    • Neso (Neptun XIII) – 2002-ci ildə Brett Qledman və başqaları ilə birlikdə (IAUC 8213)
  • Kəşf olunmuş Uranın peykləri:
    • Prospero (Uran XVIII) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7248)
    • Setebos (Uran XIX) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7230)
    • Stefano (Uran XX) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7230)
    • Trinkulo (Uran XXI) – 2001-ci ildə Con Kevilaarz, Den Milisavlyeviçlə birlikdə (IAUC 7980)
    • Fransisko (Uran XXII) – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə (IAUC 8216, IAUC 7980)
    • Ferdinand (Uran XXIV) – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə (IAUC 8213)
  • Kəşf olunmuş Saturnun peykləri:
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 https://profiles.si.edu/display/nHolmanM3172008.
  2. 1 2 3 4 https://www.cfa.harvard.edu/~mholman/.
  3. 1 2 https://astronomy.fas.harvard.edu/people/matthew-holman.
  4. 1 2 3 Schmadel, Lutz D. (3666) Holman // Dictionary of Minor Planet Names – (3666) Holman. Springer Berlin Heidelberg. 2007. səh. 308. doi:10.1007/978-3-540-29925-7_3664. ISBN 978-3-540-00238-3.
  5. "About the MPC – Staff". Minor Planet Center. 5 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2016.
  6. "MPC/MPO/MPS Archive". Minor Planet Center. 5 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2016.
  7. "Minor Planet Discoverers (by number)". Minor Planet Center. 20 August 2016. 23 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2016.
  8. "JPL Solar System Dynamics: Planetary Satellite Discovery Circumstances". Jet Propulsion Laboratory. 14 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]