Metyu Makkonaxi

Metyu Makkonaxi (4 noyabr 1969[1][2][…]) — amerikalı Oskar mükafatlı aktyor

Metyu Makkonaxi
ing. Matthew McConaughey
Doğum adı Matthew David McConaughey
Doğum tarixi 4 noyabr 1969(1969-11-04)[1][2][…] (55 yaş)
Uşaqları 3
Partnyoru
Fəaliyyəti kino aktyoru, aktyor, televiziya aktyoru, səsləndirmə aktyoru[d], ssenarist, film prodüseri, televiziya prodüseri[d]
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı "Saturn" mükafatı
IMDb ID0000190
{{{imzanın izahı}}}
matthewmcconaughey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Metyu Makkonaxi, Meyri Ketlinin üç oğlundan biri olaraq Texas ştatının Uvalde şəhərində anadan olub. Anası müəllim, atası Ceyms Donanld Makkonaxi, yanacaqdoldurma stansiyasının sahibi idi Atası işə başlamazdan əvvəl Green Bay Packers futbol komandasının üzvü idi. Makkonaxi, İrlandiya mənşəlidir və xristiandı. Makkonaxinin valideynləri boşandıqdan sonra bir neçə dəfə yenidən evləndilər. Makkonaxi bunu "Sevgi, amma qeyri-sabit bir əlaqə" olaraq şərh etdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Metyu Makkonaxi — Amerikalı aktyor, rejissor, ssenaristprodüser.[3] Əvvəlcə özünü komediya filmlərində sınamış, XXI əsrin ikinci onilliyində isə, əsasən, dramatik rollara keçib.[4] "Vəkil üçün Linkoln", "Mad", "Killer Joe", "Super Mayk", "Interstellar" kimi filmlərdə onadığı rollara görə bir sıra mükafat və müsbət rəylər alıb.[5] "Dallas Alıcılar Klubu" (2013) dramındakı roluna görə "Qızıl Qlobus", "ABŞ Film Aktyorları Gildiyası", karyerasındakı ilk Oskar da daxil olmaqla bir çox mükafata layiq görülmüşdür.[6] Makkonaxi aktyorluq karyerasına 1991-ci ildə başlayıb.[7] 1993-cü ildə Riçard Linklaterin "Dazed and Confused" filmində onadığı müddətə qədər bir sıra tələbə filmlərində və televiziya film istehsallarında çəkilib.[8] Həmçinin, kantri ifçısı Trişa Yervudun "Walkaway Joe" klipində, Unsolved Mysteries" teleserialında, "Angels in the Outfield", "Texas Chainsaw Massacre: The Next Generation", "Boys on the Side" fimlərindəki aktyorluğuna görə də tanınmağa başlayır.[9] Con Qrişamın eyniadlı romanından bəhrələnən, 1996 il istehalı "A Time to Kill" filmində vəkil "Cek Briqans" rol ilə daha da tanınır.[10] Bundan sonra Makkonaxi bir çox filmdə mühüm rol oynamağa başlayır.[11] 2000-ci illərin əvvəllərində romantik komediya filmlərində axtarılan aktyor olur.[12] "THK Wedding Planner" v’ "How to Lose a Guy in 10 days" filmləri tənqdçilər tərəfindən çox bəyənildi.[13] Bu dövrdə o, aşağı büdcəli "Tiptoes"- filmində yanğınsöndürəni, "Two For The Money"-də qumarbazı və "Frailty"-də serialı qatil rolunu canlandırdı.[14] 2005-ci ildə Makkonaxi, 130 milyon dollarlıq "Sahara" filmində Stiv Zan və Peelopa Kruz Sançes ilə rol aldı.[15] Elə həmin il "People" jurnalı onu 2005-ci ilin "Yaşayan ən seksual insan"ı adlandırdı.[16] 2006-cı ildə "Failure to Launch" romantik komediya filmidə Sarah Jessica Parkerlə birgə rol aldı.[17] Film, tənqidçilər tərəfindən uğurlu nəticələndi.[18] 2008-ci ildə Ben Stillerin "Tropik Fırtına" adlı filmində menecer kimi, 2009-cu ildə "Magnum"-da Tomas Maqnum kimi rol aldı. 2013-cü ildə "True Detektiv" adlı serialda baş rolu oynadı.

Metyu Makkonaxi və həyat yoldaşı Kamilla Alves. 2010.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Makkonaxi gənclərə kömək etmək üçün "JK Livin Fond"-a sahibdir. Bu, aktyorun "JK Livin Company" adlı təməl istehsal şirkətinin bir hissəsidir. "JK Livin" kəliməsinin açılışı "Yaşamağa davam et" mənasını verir. Aktyor film setlerinden geriyə qalan vaxtlarda bu şirkətin işləri ilə məşğul olur. 24 oktyabr 1999-cu ildə qonşular Makkonaxini çox səs-küy saldığına görə şikayət edir və aktyor tutulur. Polislər evə gəldiyi zaman aktyorun marixuana istifadə etmiş vəziyyətdə dostu aktyor Koul Xauzerlə çılpaq rəqs etdiyininin şahiid olublar. Polisə müqavimət göstərən aktyor haqqında narkotik iddiası aradan qalxır, lakin səs-küy salmaq ittihamı ilə 50 dollar cəza alır. Makkonaxi bir heyvan aşiqidir. Pişik, it, hamster və başqa heyvanlara qulluq etməklə də məşğuldur. Katrina qasırğasından sonra Yeni Orleanlara ərzaq yardımı edib. 2006-cı ildə Sherman Oaks / Kaliforniyadakı bir pişiyi ona rəsm çəkib, yandırmağa çalışan gənclərdən xilas edib.[19] McConaughey aktrisalar Sandra Bullock, Kate Hudson, Ashley Judd, Salli Richardson və Penelope Cruz ilə işbirliyi qurdu. Makkonaxi və Braziliyalı Supermodel sevgilisi Kamilla Alvesin 7 iyul 2008-ci ildə Los-Ancelesdə Levi Alves adlı bir oğlu dünyaya gəlmişdir.[20]

İl Film Rol Qeydlər
1993 My Boyfriend's Back Teenage Moviegoer $3,335,984
1993 Dazed and Confused David Wooderson $7,993,039
1994 Angels in the Outfield Ben Williams $50,236,831
1995 Texas Chainsaw Massacre: The Next Generation Vilmer $141,626
Boys on the Side Officer Abe Lincoln $23,450,000
1996 A Time to Kill Jake Tyler Brigance $108,706,165
Lone Star Buddy Deeds $13,269,963
Glory Daze Rental Truck Guy
Larger Than Life Tip Tucker $8,289,972
Scorpion Spring El Rojo
1997 Amistad Baldwin $44,175,394
Contact Palmer Joss $100,853,835
1998 The Newton Boys Willis Newton $10,297,897
1999 EDtv Ed 'Eddie' Pekurny $22,362,500
2000 U-571 Lt. Andrew Tyler, Executive Officer $77,086,030
2001 The Wedding Planner Steve "Eddie" Edison $60,400,856
2002 Reign of fire Denton Van Zan $43,061,982
Thirteen Conversations About One Thing Troy $3,287,435
Frailty Adam Meiks $13,103,828
2003 How to Lose a Guy in 10 Days Benjamin 'Ben' Barry $105,807,520
2004 Paparazzi Kendisi $15,712,072
2005 Two for the Money Brandon Lang $22,862,049
Sahra Dirk Pitt $68,642,452
2006 We Are Marshall Jack Lengyel $43,532,294
Failure to Launch Tripp $88,658,172
2008 Fool's Gold Ben 'Finn' Finnegan $70,224,196
Tropic Thunder Rick Peck
Surfer, Dude Steve Addington $75,000
2009 Ghosts of Girlfriends Past Connor Mead $102,223,269
2011 The Lincoln Lawyer Mickey Haller $57,130,000
Bernie Danny Buck Davidson
Killer Joe Joe
2013 Dallas Buyers Club Ron Woodroof
2013 The Wolf Of Wall Street Mark Hanna
2014 Ulduzlararası Cooper
2016 The Free State Of Jones Newton Knight
Serial İli Rol Kanal Bölüm Qeydlər
Unsolved Mysteries 1992 Larry Dickens NBC Bölüm #5/12 IMDb
King of the Hill 1999 Rad Thidbodeaux (voice) FOX Bölüm: The Wedding of Bobby Hill IMDb
Sex and the City 2000 Himself HBO Bölüm: Escape from New York IMDb
Freedom: A History of US Charles Fenno Hoffman / Alexandr H. Stephens / Capitan W. W. Wood / Andrew Johnson / John Swinton / Mark Twain 2003 PBS 6 Bölüm IMDb
Eastbound & Down 2010–12 Roy McDaniel HBO 3 Bölüm IMDb
True Detective 2014 Rustin"Rust" Cohle HBO Sadəcə 1-ci sezon. Həmçinin, icraçı prodüser IMDb
  1. 1 2 Pallardy R. Matthew McConaughey // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Matthew McConaughey // Brockhauz Ensiklopediyası (alm.).
  3. Shirley Halperin. "Matthew McConaughey Reprises 'Dazed and Confused' Breakout Role for Music Video" (ing. ). hollywoodreporter.com. 20 yanvar 2012. 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  4. Samantha Grossman. "Treat Yourself to Matthew McConaughey's Dazed and Confused Audition Tape" (ing. ). time.com. 13 yanvar 2015. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  5. Gwen Ihnat. "Matthew McConaughey deconstructs his signature phrase in this exclusive clip" (ing. ). avclub.com. 29 avqust 2018. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  6. Andrew Pulver. "Matthew McConaughey: from himbo to highbrow" (ing. ). theguardian.com. 28 iyun 2012. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  7. Irish Central Staff. "Matthew McConaughey hopes to send his kids to the Gaeltacht" (ing. ). irishcentral.com. 21 iyun 2017. 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  8. Fred Shruers. "Hot Actor: Matthew McConaughey Watch out, America: Matthew McConaughey has arrived" (ing. ). rollingstone.com. 22 avqust 2996. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  9. Samantha Highfill. "Watch the moment Matthew McConaughey proved he was Oscar-worthy" (ing. ). ew.com. 3 mart 2014. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  10. Mike Fleming Jr. "EMMYS Q&A: Matthew McConaughey On Following Oscar With The Game-Changing HBO Series 'True Detective'" (ing. ). deadline.com. 4 iyun 2014. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  11. "Dallas Buyers Club" (ing. ). metacritic.com. 1 noyabr 2013. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  12. Aısha Harrıs. "How Accurate Is Dallas Buyers Club?" (ing. ). slate.com. 1 noyabr 2013. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  13. Mike Fleming Jr. "Matthew McConaughey Joins 'The Wolf Of Wall Street'" (ing. ). deadline.com. 2 avqust 2012. 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  14. "How has LBJ's legacy affected you?" (ing. ). lbjlibrary.org. 18 fevral 2013. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  15. "Matthew McConaughey" (ing. ). time.com. 23 aprel 2014. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  16. Dearborn, Mich. "LINCOLN MOTOR COMPANY AND MATTHEW MCCONAUGHEY BEGIN NEW CREATIVE JOURNEY" (ing. ). media.lincoln.com. 21 avqust 2014. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  17. Michael Walker. "New Matthew McConaughey Ads for Lincoln to Debut New Year's Day" (ing. ). hollywoodreporter.com. 29 dekabr 2014. 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  18. Matt Webb Mitovich. "Golden Globes: Fargo, True Detective Lead Nominations; Jane the Virgin, Transparent Score Multiple Nods" (ing. ). tvline.com. 11 dekabr 2014. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  19. Malina Saval. "Matthew McConaughey, Morgan Freeman, Others Honored at Variety's Unite4:Humanity Benefit" (ing. ). variety.com. 26 bfevral 2016. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.
  20. Jim Denison. "The Faith of Matthew McConaughey" (ing. ). christianpost.com. 5 mart 2014. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]