Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (ing. Academy Award for Best Actor, rəsmi: ing. Performance by an Actor in a Leading Role[2]) — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq)[3] gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir[4].
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı | |
---|---|
ing. Academy Award for Best Actor | |
Ümumi məlumatlar | |
Verilmə səbəbi | əsas kişi rolunun ən uğurlu ifası |
Təqdim edir |
|
Təsis olunub | 1929 |
Yeri | ABŞ |
Təsisçi | ABŞ Kinematoqrafik sənətlər və elmlər akademiyası |
Mükafatlar | |
Sonuncu qalib | Qari Oldmen[1] |
www.oscars.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu[5]. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı[6].
İlk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: "Ən yaxşı kişi rolu" kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi. Yekun olaraq akademiyanın ümumi münsiflər heyəti hər istiqamət üzrə yalnız bir təqdimat qərarı qəbul edirdi[7]. Üçüncü təqdimetmə mərasimində səsvermə zamanı iki kino əsərinə baxılsa da, qalibin adının yanında yalnız bir film göstərildi[8]. Dördüncü mərasimdə artıq dəqiqləşmə aparıldı: aktyor yalnız bir konkret filmə görə namizəd ola bilərdi.
1936-cı ildən 1945-ci ilə qədər namizədlərin müəyyən edilməsi və qaliblərin seçilməsi prosesi tək akademiyanın həqiqi üzvləri tərəfindən yox, həm də peşəkar gildiyanın tərkibində olan aktyorlar tərəfindən həyata keçirilirdi. Sonrakı dövrdə - 1957-ci ilə qədər isə aktyor gildiyaları namizədlərin siyahısını tərtib edirdi, akademiyanın üzvləri isə qalibin seçilməsi üçün səsvermə keçirirdilər. 1957-ci ildən bütün bu proses yenidən akademiyanın daxili işi oldu.
Səkkizinci mərasimə qədər bu kateqoriyada həm baş, həm də ikinci dərəcəli rolları ifa edən aktyorlar mükafatlandırılırdılar. Yalnız növbəti ildən akademiya "Ən yaxşı ikinci plan kişi roluna görə" adlı yeni nominasiyanı təsis etdi[9][10][11].
Aktyorlar əsas nominasiyadan başqa həm də "Kinematoqrafda mühüm xidmətlərinə görə" adlı xüsusi kateqoriyada da heykəlciyi əldə edə bilərlər[12]. 18 yaşına qədər olan aktyorlar üçün isə Akademiyanın gənclər üçün təsis etdiyi mükafat nəzərdə tutulmuşdu. Bu mükafat 1961-ci ilə qədər mövcud oldu[13].
Aktyorlar üçün nəzərdə tutulmuş bu mükafatın tarixində iki dəfə ondan imtina edilmişdir. Bu hal birinci dəfə 1971-ci ildə "Patton" filmindəki roluna görə aktyor Corc Skottla yaşandı. İkinci dəfə isə bu hadisədən cəmi iki il sonra Marlon Brandonun "Xaç atası" dramında ifa etdiyi Vito Korleone roluna görə layiq görüldüyü mükafatdan imtina etməsilə müşahidə olundu. Corc Skottun sakit, gözə o qədər də çarpmayan bu addımından fərqli olaraq, Marlon Brando öz imtinasını tamaşaya çevirdi. Həmin mərasimin prodüseri Brüs Devis belə hesab edirdi[14]. Brandonun əvəzinə səhnəyə çıxan hindu nümayəndə qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən imtina etməsi məlum oldu.[15][16] Brandonun bu imtinada məqsədi kinematoqrafçıların hindulara olan münasibətinə qəti etirazını bildirmək idi[17].
Sonuncu Ən yaxşı kişi roluna görə "Oskar" mükafatını 90-cı təqdimat mərasimində "Tutqun zamanlar" filmindəki roluna görə aktyor Qari Oldmen əldə etmişdir[18].
Aşağıda verilmə anından başlayaraq bu mükafata layiq görülmüş və namizəd olan şəxslərin adları göstərilib. Onlar illər və onilliklər üzrə qruplaşdırılıb. Hər bir aktyorun adının qarşısında qalib və ya namizəd olduğu filmin adı və həmin filmdə ifa etdiyi rol göstərilib. Qaliblər " ★ " işarəsi ilə və eyni zamanda rəng baxımından da digərlərindən fərqləndirilib.
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Emil Yanninqs | "Sonuncu göstəriş" | hersoq Sergius Aleksandr | ||
"Bütün cisimlərin yolu" | Avqust Şillinq | |||
• Riçard Bartelmess | "Tələ" | Nikki Elkins | ||
"Laklanmış oğlan" | Laklanmış oğlan |
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Antoni Hopkins | "Ata" | Antoni | ||
• Riz Əhməd | "Metalın səsi" | Rayan Binqem | ||
• Çedvik Bouzman | "Ma Reyni: Mavilərin anası" | Levi Qrin | ||
• Qari Oldmen | "Mank" | Herman Mankeviç | ||
• Stiven Yeun | "Minari" | Yakob Yi | ||
★ Vill Smit | "Kral Riçard" | Riçard Vilyams | ||
• Xaviyer Bardem | "Rikardo olmaq" | Desi Arnaz | ||
• Benedikt Kamberbetç | "İtin gücü" | Fil Burbank | ||
• Endrü Qarfild | "Tik-tak, bum!" | Conatan Lerson | ||
• Denzel Vaşinqton | "Makbetin tragediyası" | Lord Makbet | ||
★ Brendan Freyzer | "Kit" | Çarli | ||
• Ostin Batler | "Elvis" | Elvis Presli | ||
• Kolin Farrel | "İnişerina Banşi" | Pádraic Súilleabháin | ||
• Pol Meskal | "Günəş mənimdir" | Kalum Peterson | ||
• Bill Nayi | "Canlı" | Cənab Rodni Vilyams |
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına 3 dəfə layiq görülmüş yeganə aktyor Deniel Dey-Lüis (1990, 2008, 2013) olmuşdur[19][20][21].
İndiyə qədər 8 aktyor bu mükafata iki dəfə layiq görülüb[22]:
2 dəfə qalib olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Fredrik Març | 1932, 1947 |
Spenser Treysi | 1938, 1939 |
Qeri Kuper | 1942, 1953 |
Marlon Brando | 1955, 1973 |
Cek Nikolson | 1976, 1998 |
Dastin Hoffman | 1980, 1989 |
Tom Henks | 1994, 1995 |
Şon Penn | 2004, 2009 |
Piter O'Tul bu siyahıda ən çox - 8 dəfə qalibiyyətsiz namizəd olmuş aktyor kimi rekord sahibidir[23].
Qalın şriftlə verilmiş illər namizədlərin qalib olduğu illərdir.
9 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Spenser Treysi | 1937, 1938, 1939, 1951, 1956, 1959, 1961, 1962, 1968 |
Lourens Olivye | 1940, 1941, 1947, 1949, 1957, 1961, 1966, 1973, 1979 |
8 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Pol Nyuman | 1959, 1962, 1964, 1968, 1982, 1983, 1987, 1995 |
Piter O'Tul | 1963, 1965, 1969, 1970, 1973, 1981, 1983, 2007 |
Cek Nikolson | 1971, 1974, 1975, 1976, 1986, 1988, 1998, 2003 |
7 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Marlon Brando | 1952, 1953, 1954, 1955, 1958, 1973, 1974 |
Cek Lemmon | 1960, 1961, 1963, 1974, 1980, 1981, 1983 |
Dastin Hoffman | 1968, 1970, 1975, 1980, 1983, 1989, 1998 |
6 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Pol Muni | 1930-I, 1934, 1936, 1937, 1938, 1960 |
Riçard Börton | 1954, 1965, 1966, 1967, 1970, 1978 |
Deniel Dey-Lüis | 1990, 1994, 2003, 2008, 2013, 2018 |
Denzel Vaşinqton | 1993, 2000, 2002, 2013, 2017, 2018 |
5 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Fredrik Març | 1931, 1932, 1938, 1947, 1952 |
Qeri Kuper | 1937, 1942, 1943, 1944, 1953 |
Ceyms Stüart | 1940, 1941, 1947, 1951, 1960 |
Qreqori Pek | 1946, 1947, 1948, 1950, 1963 |
Al Paçino | 1974, 1975, 1976, 1980, 1993 |
Robert de Niro | 1977, 1979, 1981, 1991, 1992 |
Tom Henks | 1989, 1994, 1995, 1999, 2001 |
Şon Penn | 1996, 2000, 2002, 2004, 2009 |
4 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Şarl Buaye | 1938, 1939, 1945, 1962 |
Bert Lankaster | 1954, 1961, 1963, 1982 |
Albert Finni | 1964, 1975, 1984, 1985 |
Maykl Keyn | 1967, 1973, 1984, 2003 |
Uorren Bitti | 1968, 1979, 1982, 1992 |
Leonardo Di Kaprio | 2005, 2007, 2014, 2016 |
3 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Ronald Kolman | 1930-II, 1943, 1948 |
Çarlz Louton | 1934, 1936, 1958 |
Klark Qeybl | 1935, 1936, 1940 |
Ceyms Keqni | 1939, 1943, 1956 |
Hamfri Boqart | 1944, 1952, 1955 |
Binq Krosbi | 1945, 1946, 1955 |
Montqomeri Klift | 1949, 1952, 1954 |
Kirk Duqlas | 1950, 1953, 1957 |
Vilyam Holden | 1951, 1954, 1977 |
Marçello Mastroyanni | 1963, 1978, 1988 |
Con Voyt | 1970, 1979, 1986 |
Robert Düval | 1981, 1984, 1998 |
Ceff Brices | 1985, 2010, 2011 |
Vilyam Hört | 1986, 1987, 1988 |
Robin Vilyams | 1988, 1990, 1992 |
Morqan Friman | 1990, 1995, 2010 |
Entoni Hopkins | 1992, 1994, 1996 |
Rassel Krou | 2000, 2001, 2002 |
Conni Depp | 2004, 2005, 2008 |
Corc Kluni | 2008, 2010, 2012 |
2 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Lesli Hovard | 1934, 1939 |
Volter Hyuston | 1937, 1942 |
Robert Montqomeri | 1938, 1942 |
Mikki Runi | 1940, 1944 |
Henri Fonda | 1941, 1982 |
Keri Qrant | 1942, 1945 |
Volter Picon | 1943, 1944 |
Con Ueyn | 1950, 1970 |
Xose Ferrer | 1951, 1953 |
Alek Ginness | 1953, 1958 |
Ceyms Din | 1956, 1957 |
Entoni Kuinn | 1958, 1965 |
Sidni Puatye | 1959, 1964 |
Maksimilian Şell | 1962, 1976 |
Reks Harrison | 1964, 1965 |
Riçard Harris | 1964, 1991 |
Piter Sellers | 1965, 1980 |
Rod Stayger | 1966, 1968 |
Alan Arkin | 1967, 1969 |
Corc Skott | 1971, 1972 |
Volter Mattau | 1972, 1976 |
Piter Finç | 1972, 1977 |
Cin Hekmen | 1972, 1989 |
Con Travolta | 1978, 1995 |
Riçard Dreyfus | 1978, 1996 |
Ben Kinqsli | 1983, 2004 |
Tom Kruz | 1990, 1997 |
Nik Nolti | 1992, 1999 |
Klint İstvud | 1993, 2005 |
Nikolas Keyc | 1996, 2003 |
Ceffri Raş | 1998, 2016 |
Mett Deymon | 2001, 2011 |
Xaviyer Bardem | 2001, 2011 |
Uill Smitt | 2002, 2007 |
Xoakin Feniks | 2006, 2013 |
Rayan Qoslinq | 2007, 2017 |
Viqqo Mortensen | 2008, 2017 |
Bred Pitt | 2009, 2012 |
Kolin Fört | 2010, 2011 |
Qari Oldmen | 2012, 2018 |
Bredli Kuper | 2013, 2015 |
Eddi Redmeyn | 2015, 2016 |
Rekord | Rekordçu | İl | Göstərici |
---|---|---|---|
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına ən çox namizəd olan film |
"Baunti"də qiyam filmi | 1936 | 3 nominasiya |
Ən yaşlı laureat | Henri Fonda | 1982 | 76 yaş |
Ən yaşlı namizəd | Riçard Farnsuort | 2000 | 79 yaş |
Ən gənc laureat | Edrien Broudi | 2003 | 29 yaş |
Ən gənc namizəd | Ceki Kuper | 1931 | 9 yaş |