Miçiqanın yarımadası (ing. Upper Peninsula of Michigan, U.P. [ˈmɪʃɨɡən]) — Miçiqan ştatının şimalında, Miçiqan gölü və Huron gölü ilə əhatələnir. Yarımadanın şərqində iki gölü Makinak boğazı birləşdirir.
Yuxarı yarımadası | |
---|---|
Upper Peninsula of Michigan | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
46°30′ şm. e. 86°56′ q. u. | |
Akvatoriya | Huron gölü, Miçiqan gölü |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Miçiqanın Yuxarı yarımadası ştat ərazisinin ¼ hissəsini təşkil etsə də, ümumi əhalisinin 3 % təşkil edir. Əhalinin azlığına səbəb iqliminin sərt olması və qışda dünya ilə əlaqəsinin kəsilməsi ilə əlaqədardır.[1]
Əsas məşğuliyyat — meşəçilik, faydalı qazıntıların çıxarılması (dəmir, kömür) və turizm.
Yarımadanın əlçatmazlığı təbiət həvaskarlarını özünə cəlb edir. Burada Ayl-Royal milli parkı vardır. Yarımadanın müəyyən yerlərində Balıq ovu, ovçuluq həyata keçirilir. Qışda isə turistləri dağ xizəyi və itlərlə qarüzərində xizək sürmə kimi daha çox cəlb edir.
Yarımadanın Viskonsin ştatına yaxınlığına baxmayaraq, Miçiqanın Yuxarı yarımadası Miçiqan ştatının ABŞa birləşməsi zamanı onun tərkibinə daxil idi. Miçiqan bu yarımadaya hüququ Tolid dəhlizinə olan ərazi idiasından imtina etməsi nəticəsində əldə etmişdir (Tolid müharibəsi).