Mişari Rəşid

Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976[1], Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir.

Mişari Rəşid
ərəb. مشاري بن راشد العفاسيp
Doğum tarixi 5 sentyabr 1976(1976-09-05)[1] (48 yaş)
Doğum yeri
Fəaliyyəti qari, imam
Fəaliyyət illəri 1997-ci ildən
misharialafasy.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır.

Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır.

2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan.

Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar. AppStore-da MP3 şəklində bütün quran surələrini Mişari Rəşidin təqdimatında tapmaq mümkündür.

Evlidir iki qız övladı vardır.

  1. 1 2 Mišārī Rāšid al- ʿAfāsī // AlKindi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]