Mixael Şumaxer (alm. Michael Schumacher; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[1][2][…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir.
Mixael Şumaxer | |
---|---|
alm. Michael Schumacher | |
Ləqəbi | Marcel Niederhausen[3] |
Doğum tarixi | 3 yanvar 1969[1][2][…] (55 yaş) |
Ölkə | Almaniya |
Maşın | 23 |
Komanda | Mersedes GP |
Formula 1 karyerası | |
Yarış sayı | 250 (248-də start alıb) |
Çempionluq | 7 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004) |
Birincilik | 91 |
Cəmi xal | 1369 |
Poul sayı | 68 |
Podium | 154 |
Rekord dərəcə | 76 |
Birinci yarış | 1991 Belçika Qran Prisi |
İlk birincilik | 1992 Belçika Qran Prisi |
Mövqeyi | 2-ci (2006) |
Vikianbarda əlaqəli mediafayllar |
O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu.
2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.