Mihran Damadyan

Mihran Damadyan (həmçinin Damatyan kimi də yazılır; ermənicə : Միհրան Տամատեան; 1863[1][2], Konstantinopol, Osmanlı imperiyası1945[1][2], Qahirə) Osmanlı dövlətində yaşamış olan erməni inqilabçısı, siyasi fəalı, yazıçısı və müəllimi olmuşdur.

Mihran Damadyan
Doğum tarixi 1863[1][2]
Doğum yeri İstanbul
Vəfat tarixi 1945[1][2]
Vəfat yeri
Təhsili
  • San-Ladzaro-deli-Armeni[d]
Fəaliyyəti yazıçı, ictimai xadim, pedaqoq
Partiyası

İtaliyanın Venesiya şəhərində Erməni Katolik İlahiyyat Fakültəsində təhsil almışdır. Müasir Batman əyalətində yerləşən Sasonda müəllimlik etməyə başlamışdır. Boyacıyan Hampartsum Murad Əfəndi (Medzn Murad) ilə bərabər 1894-cü ildə baş tutmuş olan Birinci Sason üsyanına rəhbərlik etmişdir. Hadisələr nəticəsində o, tutularaq həbs edilmişdir. İddia olunur ki, o, həbsdə olarkən qaçmasının qarşısını almaq üçün ayaqları sındırılmışdır.[3] Zəncirlənərək İstanbula göndərilmiş və bir müddət orada həbsdə qalmışdır.

Sosial Demokrat Hnçak Partiyasının aparıcı üzvlərindən biri olmuşdur.[4] O, Fransa rəsmiləri ilə aparılmış olan danışıqlar zamanı mühüm rol oynamışdır. Nümayəndə kimi o, 1920-ci ildə Çukurovada (Kilikiya) yaradılmış olan müstəqil erməni idarəçiliyinin Fransanın mandatına daxil olmasını təklif etmişdir.[5] Adanaya gedərkən dağlıq ərazidə yolu türk quldur dəstələri tərəfindən kəsilmiş və burada o zorakılığa məruz qalmışdır.[6]

  1. 1 2 3 4 Mihran Tamatean // Faceted Application of Subject Terminology.
  2. 1 2 3 4 Միհրան Տամատյան // Հայաստանի գրադարանների համահավաք գրացուցակ.
  3. Blackwell, Alice Stone. Armenian Poems, Rendered into English Verse. Boston, MA: Atlantic Printing Company, 1917
  4. Revolutionary Figures by Mark D. Gavoor
  5. Armenian Library & Museum of America to Honor the Forgotten Heroes of the Armenian Legion - The Armenian Reporter
  6. Double Vision: Reflections on My Heritage, Life, and Profession - by Ben Haig Bagdikian, p.83