Birinci Sason üsyanı

Birinci Sason üsyanı, 1894-cü il Sason üsyanı və ya Talori üsyanı (erm. Սասնո առաջին ապստամբութիւն) 1894-cü ildə Sasonda baş vermiş erməni üsyanının adıdır. Sason bu gün Batman vilayətinin bir mahalı olub, Diyarbəkirlə Muş arasında yerləşən dağlıq bir ərazidir.[2] Üsyan bir çox əsərdə “Sason üsyanı” kimi xatırlansa da, bəzi mənbələrdə ona “Talori üsyanı” deyilir. Bəzi mənbələrdə üsyanın Talori üsyanı adlandırılmasının səbəbi üsyanın başlanğıcının Sasondakı Talori vadisində olmasıdır. Talori vadisi isə Sason və Muş arasında dağlarla əhatə olunmuş geniş bir vadidir. Həmçinin sözügedən vadi Silvandan olan Bekran tayfasının yay aylarında yayla kimi istifadə etdiyi yaşayış məntəqəsidir. 1875-ci ildə bu ərazidə cəmi üç erməni kəndi mövcud olduğu halda, zaman keçdikcə bu kəndlərin sayı artaraq on dördə çatmış və bu regionda erməni əhalisinin sayında sürətli artım müşahidə olunmuşdur.[2] Sürətlə artan erməni əhalisi bekranlıların ərazini tərk etmələrini istəyir və yerli tayfaların və monastır keşişlərinin dəstəyini də əldə edərək onlardan şikayətlənirdilər.Əslində bu ərazidə, uzun müddət ərzində, ermənilərlə kürdlər arasında qarşıdurma mövcud olmuşdur. Ermənilər öz təhlükəsizliklərini təmin etmək üçün hər il kürdlərə vermiş olduqları ənənəvi xəracı kürd tayfa başçılarına vermək istəmir və beləliklə də onlar kürd tayfalarına müqavimət göstərirdilər. Osmanlı İmperiyası isə öz növbəsində kürd tayfalarını ermənilərin qalası hesab olunan Sasona istiqamətləndirərək müqavimət göstərən erməniləri nəzarət altında saxlamaq istəyirdi. Bununla bərabər İstanbul Qumqapı hadisəslərindən sonra 1891-ci ildə bu işin təşkilatçılarından biri olan Mihran Damadyan Sasona gələrək yerli erməni xalqını təşkilatlandırmağa cəhd etmişdir.[3] Sasonda “Damadyan dəstəsi” adı ilə yaradılmış olan erməni quldur dəstəsi Sasonda yaşayan kürdlərə qarşı hücumlar həyata keçirmişdir.[4] Dəstənin başçısı olan Damadyanın ələ keçirilməsindən sonra 1894-cü ildə erməni daşnak təşkilatı regiondakı gərginlikdən məharətlə istifadə edərək Sason əhalisini Həmidiyyə təmizləmələrinə qarşı müdafiə etmək üçün yerli əhalini silah-sursatla təmin etmiş və Talori vadisində birinci Sason üsyanını başlatmışdırlar.[5] Daha sonra Damadyan tutularaq həbs edildikdən sonra üsyançılar Hnçak icmasının üzvü olan Hamparsun Boyacıyanın rəhbərliyi altında Sason və Taloridə qanlı aksiyalar həyata keçirmiş və eyni zamanda da hnçaklar Zadyan və Behran tayfalarına hücum edərək talanlar etməyə başlamışdırlar. Boyaycıyanın Sason ərazisində xalqı təxribata çəkərək həyata keçirdiyi təbliğat ilə əlaqədarII Beynəlxalq Türk-Erməni münasibətləri və böyük dövlətlər simpoziumunda aşağıdakı bəyanatlar səsləndirilmişdir:

Birinci Sason üsyanı
Tarix 1894
Yeri Sason Batman Osmanlı imperiyası
Nəticəsi

Osmanlı qələbəsi

  • Erməni üsyanının yatırılması, daha sonra erməni mülki əhalisinin kütləvi qırğınları
Münaqişə tərəfləri

Hnçak partiyası

Osmanlı imperiyası

Komandan(lar)

Mihran Damadian Hampartsoum Boyadjian Hrayr Dzhoghk

II Əbdülhəmid

Tərəflərin qüvvəsi

8,000[1]

10,000[1]

İtkilər

20,000 üsyançı və mülki əhali[1]

550[1]

Erməni komitəsinin üzvlərindən biri olan Hampartsum Boyacıyan

Boyacıyan həyata keçirmiş olduğu təbliğatda; “Avropadan gəldiyini, üsyan qaldıracaqları zaman, Avropa dövlətlərinin müdaxilə edərək bir Erməni dövləti yarada biləcəklərini” deyərək region xalqını üsyana təşviq etmişdir.
II Beynəlxalq Türk-Erməni münasibətləri və Böyük dövlətlər simpoziumu

1894-cü ildə muxtariyyət mübarizəsi adı altında kürdlərə qarşı edilmiş olan hücumlar elə həmin ildə, yəni 1894-cü ildə Osmanlı Qoşunları və Zilan Şeyxi də daxil olmaqla kürd tayfalarının hücumlara cavab verməsi ilə minlərlə erməninin ölümünə səbəb olmuşdur. Sasona gələn vergi məmurlarının erməni dəstə üzvləri tərəfindən döyülməsi və regionda kürdlərlə ermənilər arasında baş vermiş olan şiddətli toqquşmalardan sonra IV Ordu Korpusunun da iştirak etdiyi BitlisMuş vilayətlərindən Həmidiyyə alayları və Osmanlı nizami birlikləri Sason ətrafındakı erməni ərazilərinə cəlb edilmişdir. Daha sonra avqustun 18-də başlayıb sentyabr ayının 10-dək davam etmiş olan 23 günlük əməliyyat başlanılmışdır. Bu əməliyyat nəticəsində ən azı 8000 erməni həlak olmuşdur. Hamparsun Boyacıyan regiondan Bekran tayfasının çıxarılması üçün erməni xalqını bu işə təhrik etmiş və beləliklə də kürdlərlə ermənilər arasında qarşıdurmalara səbəb olmuşdur. Onun bu işdə əsas məqsədi Avropa dövlətlərinin diqqətini buraya cəlb etmək idi. Boyacıyan bu məqsədinə üç min ermənini səfərbər etməklə də nail olmuşdur. Üsyan 23 avqust 1894-cü ildə üsyanın lideri hesab edilən Hamparsun Boyacıyanın həbs olunmasından sonra sona çatmışdır. Məhkəmədəki mühakiməsi nəticəsində Boyacıyan ölüm cəzasına məhkum edilmiş, lakin Avropa dövlətlərinin müdaxiləsi ilə onun ölüm cəzası Tripolidə ömürlük həbslə əvəz olunmuşdur.[6] Lakin Boyacıyan doqquz ildən sonra qaçaraq yenidən komitə fəaliyyəti ilə məşğul olmağa başlamışdır.[6] 1894-cü ildə baş vermiş olan Sason üsyanı Avropada böyük əks-səda yaratmışdır. Bu üsyandan sonra Fransa nümayəndəsi Vilbert, Rusiya nümayəndəsi Jevaski, İngiltərə nümayəndəsi Şipley, Şefik bəy, Ömər bəy, Cəlaləddin bəy və Məcid bəydən ibarət olan Beynəlxalq Təhqiqat Komissiyası yaradılmışdır.[7] 1895-ci il iyulun 20-də yaradılmış olan komissiyanın hazırladığı hesabatda ermənilərin günahsız olmadığı bildirilmiş; İstintaq komissiyasının 7 aylıq təhqiqatı nəticəsində hadisələri ermənilərin başlatdığı və əldə etdikləri silahlarla hadisələri yatırtmaq üçün regiona gəlmiş olan təhlükəsizlik qüvvələrinə hücum etdikləri açıqlanmışdır.[8]

  1. 1 2 3 4 A Crime of Silence: The Armenian Genocide , p 133
  2. 1 2 Nurettin Birol, “1890-1901 Ermeni Olayları ve Halil Rıfat Paşa Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine”, Yeni Türkiye, S. 60 C. 3, Ankara 2014, s.11
  3. BOA., Y.A.HUS., 276/35, 07/Z/1310 (H), (22 iyun 1893).
  4. BOA., Y.EE., 96/1, 09/C/1312 (H), (8 noyabr 1894).
  5. Kurdoghlian, Mihran (1996). Hayots Badmoutioun (Armenian History) (in Armenian). Hradaragutiun Azkayin Oosoomnagan Khorhoortee, Athens Greece. pp. 42–48.
  6. 1 2 Hamdi Doğan, Niğde Üniversitesi Doktora Tezi, "Sason Ermeni İsyanları", s.29-30
  7. BOA., A.MKT.MHM., 751/1, 24/B/1312 (H), (21 yanvar 1895)
  8. Taha Niyazi Karaca, “19. Yüzyılda İngiltere’nin Ermeni Politikaları”, Tarihte Türkler ve Ermeniler (Ermeni Meselesinin Ortaya Çıkışı ve Yabancı Devletler), S. 1,C. 10,TTK Yayınları, Ankara 2014, s. 221-262.