Harut və Marut (ərəb. هاروت وماروتعدل) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər.
Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər.[1] Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır.[2] Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik.
Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur. Belə ki, bəzi təfsirçilərin Harut və Marutu iki mələk olaraq qəbul etdiyi halda bəziləri bunları insan oğlu olduğuvə içki içərək zina edib adam öldürdüyünü, bəziləri isə Şeytan olduğunu rəvayət etmişdir.[3] Bu mələklər haqqında Qurani-Kərimin ancaq Bəqərə surəsinin 102-ci ayəsində məlimat verilir. Qurani-Kərimdə kecən bu ayədə deyilir:
Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər! |
Ayədən göründüyü kimi Harut və Marutun Babil yaxınlığında yaşadığı məlum olur. Mifoloji fikirlərə görə Allahın iradəsi əsasında insanlara sehr öyrədən mələklər, qiyamət gününə qədər bir mağarada başaşağı vəziyyətdə asılaraq qalacaqlar. Yanlarına gələn adamlara öyrədəcəkləri sehrin cəzasının cəhənnəm olduğunu xəbərdarlıq etdikdən sonra sehr öyrətdiklərinə inanılır.
Harut və Marutla bağlı Qurani-kərimdə olmayan bir çox məlumat İsrailiyatdan İslam dininə keçmişdir. Onlardan ən məhşuru belədir: “İdris peyğəmbərin dövründə insanların günahları ardınca mələklər etiraz edib Allaha “Rəbbimiz onları məhv etməyəcəkmisən?” deyər. Bundan sonra Allah mələklərə “mən sizin qəlblərinizdən şəhvəti və Şeytanı qaldırdım, əgər qaldırmasaydım siz də eyni şeyləri edərdiniz” buyurur. Mələklər belə bir imtahanla qarşılaşsaydılar özlərini qoruya biləcəklərini sübut etmək istəyirlər. Bundan sonra Allah aralarından iki mələk seçmələrini buyurur, onlar da Harut və Marutu seçirlər və yer üzünə göndərirlər. Zöhrə adında gözəl bir qadın ərindən boşanmaq üçün bu iki mələyin yanına gəlir. Bunlar qadına aşiq olur və günaha düşmək istəyirlər. Zöhrə isə istəyini yerinə yetirməyincə razı olmayacağını bildirir. Harut və Marutun təkidlərinə qarşılıq olaraq Zöhrə bütə sitayiş etmələri, içki içmələri və haqsız yerə qan tökmələri şərtini irəli sürür. Başlanğıcda mələklər bunları qəbul etməsələr də sonradan içki içməyi digərlərinə nisbətən daha münasib bilirlər və sərxoş olurlar. Bundan sonra digər günahları da işləyirlər. Zöhrə onlardan İsmiəzəmi öyrənərək səmaya yüksəlir. Bundan sonra Allah Harut və Marutu cəzalandırmaq istəyir. Buna görə də Harut və Marut İdris peyğəmərdən şəfaət istəyirlər. İdris peyğəmər də bu iki mələyə dünya və ya axirət cəzalarından birini seçməsini istəyir. Dünya cəzasını seçən Harut və Marut Babildə bir quyuda saçlarından aşağı Qiyamətə qədər cəza çəkmək üçün asılırlar.[1]
Həmin mağaranın yeri barədə müxtəlif fikirlər mövcuddur. Mağaranın girişinin çox kiçik olması (bir insanın keçə biləcəyindən daha kiçik) və iki dağın arasında yerləşməsi rəvayəti mövcuddur. Dəməşq yaxınlığında girişi çox kiçik olan və iki dağın arasında yerləşən bir mağaranın olması, Harut və Marutun həmin mağarada olduğu rəvayətini gücləndirmişdir.