Milçəklər tanrısı (ing. Lord Of The Flies) — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi.
Milçəklər tanrısı | |
---|---|
Lord of the Flies | |
Janr | Macəra, dram, gərilim |
Rejissor | Peter Bruk |
Ssenari müəllifləri | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 22 iyul, 1964 (Birləşmiş Krallıq) |
Filmin digər adı |
Sa Majesté des Mouches (Fransa) Le Seigneur des Mouches (Fransa) Il Signore delle Mosche (İtalya) Herr der Fliegen (Almaniya) |
Müddət | 92 dəqiqə |
Büdcə | 250.000 $ |
Ölkə | Birləşmiş Krallıq |
Dil | İngiliscə |
İl | 1963 |
Sonrakı film | Milçəklər tanrısı (1990) |
Rəng | Ağ-qara |
IMDb | ID0057261 |
Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər inglis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir. Cek ətrafdakıları bilinməyənlərlə qorxudaraq özünə bağlamaq və idarə etmək istəyir. Cek və ətrafındakı lar ovlanır, çiy ət yeyir və daha da vəhşiləşirlər. Hətta Ralfinin düşərgəsinə basqınlar da etməkdən narahat olmurlar. Nəticədə cinayət qaçınılmaz olur.