CH-47 Chinook, Boeing şirkəti tərəfindən istehsal olunan, cüt mühərrikli və digər helikopter növlərindən fərqli olaraq, ard-arda rotorlara malik ağır yük vertolyotudur. Saatda maksimum sürəti 315 km/saatdır. Əsas vəzifəsi hərbi hissələri, artilleriya birliklərini və sursatları daşımaqdır.
Boeing CH-47 Chinook | |
---|---|
Tipi | çoxməqsədli helikopter, hərbi nəqliyyat təyyarəsi |
İstehsalçı | Boeing, Pensilvaniya, AgustaWestland, Kawasaki Heavy Industries |
İlk uçuş | 21 sentyabr 1961 |
İstismara verilmə tarixi | 1962 |
İstismarçılar |
USAF RAF Hollandiya Krallıq Hərbi Hava Qüvvələri Yunanıstan Hərbi Hava Qüvvələri Misir Hərbi Hava Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 1.200[1] |
Vikianbarda əlaqəli mediafayllar |
16 ölkə tərəfindən, daha çox isə Amerika Birləşmiş Ştatları Ordusu (ABŞ Ordusu) və Kral Hərbi Hava Qüvvələri (RAF) tərəfindən istifadə olunur. Bu yaxınlarda Türk Silahlı Qüvvələri tərəfindən də istifadə edilməyə başlanmışdır. Bu helikopter eyni zamanda 60 heyəti daşıya bilər və bir ədəd F-16 döyüş təyyarəsini qaldırıb çəkə bilər.
Bir Boeing istehsalı olan Chinook, 2 tandem rotorlu çoxməqsədli helikopterdir. Əsas istehsal məqsədi ağır yükləri qaldırmaq olan Chinooklar, hərbi daşıma və axtarış-xilasetmə məqsədləri üçün də istifadə olunur. İki tandem mühərrik helikopterə böyük bir həcm verməklə yanaşı, vertolyotun yük qaldırmaq qabiliyyətini də xeyli artırır. Adi tək rotorlu helikopterlər yalnız bir ədəd yükü əsas rotorun altından uzanan kabellərlə qaldırır. Çünki helikopterin ağırlıq mərkəzi tam rotorun olduğu hissədir. Bu tip helikopterlərdə ayrı-ayrı nöqtələrdən iki yük daşımaq mümkün deyil, çünki bu halda vertolyotun tarazlığı pozulur və vertolyot aşa bilər. Bənzərsiz dizaynı ilə Chinook, hər bir rotorun altında bir yük olmaqla, ümumilikdə iki yük daşıyır.
Türk Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarını ödəmək üçün CH-47 Chinook ağır nəqliyyat helikopteri Quru Qoşunları Komandanlığının inventarına əlavə edilmiş və Türkiyə Ordusu Aviasiya Komandanlığının istifadəsinə verilmişdir.
3 ədəd CH-47F Chinook 2016-cı ilin iyul ayında, digər 3 ədədi isə 2016-cı ilin oktyabrında təslim edilmişdir.
5 ədədinin də 2018/2019-cu ildə təhvil veriləcəyi gözlənilir.
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}

Mənbə:Boeing CH-47D/F,[2] ABD Ordusu Chinook faylı,[3] Beynəlxalq Hərbi Təyyarə Kataloqu[4]
33-55 əsgər və ya 24 xərək və 3 yoldaş və ya 12,700 kq (28,000 lb) faydalı yük
Üç ədədə kimi orta pulemyot (biri yükləmə rampasına, digəri isə çiyin pəncərələrinə quraşdırılmış vəziyyətdə), 7.62 mm-lik (0.308 inç) M240/FN MAG istifadə olunur.
Rockwell Collins Ümumi Avionika Arxitektura Sistemi (CAAS) (MH-47G/CH-47F)