Mükafat mütəmadi olaraq, hər il musiqi sahəsindəki sənətçilərin nailiyyətlərini dəyərləndirmək üçün təqdim edilir. Mükafatı ilk olaraq, 2012-ci ildə Röya Ayxanın "Gizli Sevgi" mahnısı qazanmışdır. Daha sonra mükafatı 2013-cü ildə Zülfiyyə Xanbabayeva və Miri Yusifin "İki Doğma İnsan (Dostum)" mahnısı, 2014-cü ildə Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupunun birlikdə təqdim etdikləri "Vətən" mahnısı, 2015-ci ildə Brilliant Dadaşova nın öz bəstəsi olan "Bu dünya belədir" mahnısı qazanmışdır. Mükafat adətən Azərbaycan sənətçilərinə verilir. Amma 2016-cı ildə türkiyəli müğənni və bəstəkar Ayla Çəliyin "Bağdad" mahnısı bu mükafatı qazanmışdır.[1][2] Mükafat 2017 və 2018-ci illərdə Bakıda hər il ənənəvi olaraq, keçirilən "Soyuq əllər — isti ürəklər" yarmarkasında təqdim olunmuşdur.[3] 2017-ci ildə mükafatı Aygün Kazımovanın "S.U.S", 2018-ci ildə Eyyub Yaqubovun "Əzizim" mahnısı qazanmışdır. 2019-cu ildə mükafatı Eurovision 2008 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samir Cavadzadənin "Sev məni" mahnısı qazanmışdır. 2020-ci ildə mükafatı bəstəkar Faiq Sücəddinovun "Qarabağ bizimdir" kompozisiyası qazanmışdır.
İkinci Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin döyüş bölgəsində "Vətən yaxşıdır" mahnısını ifa etməsi və müharibə zamanı şəhidlik zirvəsinə ucalmasına ithafən 2020-ci ildə "Milli Dalğa"nın xüsusi nominasiyası "Vətən səsi" mükafatı şəhidin ailə üzvlərinə təqdim edilmişdir.[4][5]