Milli Sertifikat Xidmətləri Mərkəzi (Azərbaycan)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılmış Milli Sertifikasiya Xidmətləri Mərkəzi (SXM) tərəfindən vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə elektron sənədi təsdiq edən elektron imza verilir.
Elektron imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. E-imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. E-imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən ədədi koddur.

Elektron imzanın və elektron sənədin istifadəsi, elektron sənəd dövriyyəsinin tətbiqi, əlaqədar subyektlərin hüquqlarının müəyyənləşdirilməsi və onlar arasındakı münasibətlərın hüquqi əsasları "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mövcud qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasında elektron imzadan istifadənin təmin edilməsi məqsədilə Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması həyata keçirilir. Belə bir infrastruktur ölkənin sosial-iqtisadi sahələrində, vətəndaşların əlaqələrində elektron imzadan istifadə edilməsinə şərait yaradır və yeni İKT layihələrində istifadəçilərin identikləşdirilməsi, göndərişlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə xidmət edir. Yaradılan Milli Sertifikat Xidmətləri Mərkəzi (SXM) ölkədə digər sertifikasiya xidmətləri mərkəzlərinin fəaliyyətini təmin edir.

  • Ölkədə SXM-lərin fəaliyyətinin təşkili üçün təşkilati, texniki və texnoloji mühitin yaradılması;
  • Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında elektron imzanın istifadəsini təşkil etmək üçün sahə üzrə SXM-in yaradılması və fəaliyyətinin təşkili;
  • Azərbaycan Respublikasının əhalisi və biznes qurumları tərəfindən elektron imzanın istifadəsini təşkil etmək üçün müvafiq SXM-in fəaliyyətinin təşkili;
  • Azərbaycan Respublikasında Milli Mərkəzlər Sisteminə daxilində və xarici ölkələrdə yerləşən mərkəzlər arasında qarşılıqlı münasibətləri tənzimləmək.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]