Milli Antropologiya Muzeyi (isp. Museo Nacional de Antropología, MNA) Meksikanın milli muzeyidir. Meksikada ən çox ziyarət olunan muzeydir. Mexikodakı Park[ölü keçid]la Mahatma Qandi və de la Reforma|Paseo de la Reforma arasında yerləşən muzey Meksikanın Kalumbiyaöncəsi irsindən, həmçinin Günəş Daşı (və ya Astek təqvimi) və Astek Xaçipilli heykəli kimi gərəkli arxeoloji və antropoloji artefaktları qoruyaraq açıq sərgiyə çıxarıb.
1964-cü ildə Pedro Ramires Vaskes, Xorxe Kampuzano və Rafael Mixares hazırladığı layihə əsasında iç həyətdəki böyük hovuzun yörəsində sərgi salonları və boyük daş dirəyin üzərində kvadrat daş çətir ("el paraques" kimi bilinir, ispanca "çətir"), onun yörəsində süni şəlalə olmaqla təsirli bir memarlı örnəyi yaradıldı. Zallar bağlar və çoxlu eksponatlarla əhatələnib. Muzey 23 otaqdır 79,700 m2 (təxminən 8 hektar) yaxud 857, 890 kv. ayaq (feet) (təxminən 20 akr) torpaqda yerləşib.
XVIII yüzilin sonlarında Lorenso Boturininin topladığı sənədlərin bir hissəsi Meksika Papa Universiteti və Royaldakı Buqarelli canişininin göstərişi ilə yerləşdirildi. İspaniyayaqədərki tarixi və incəsənət abidələrinin dəyərlərini yayan von Humboldt|Aleksandr von Humboldt kimi elm adamları XIX yüzil muzeylərinə baş çəkdilər. Təxminən 1865-ci ildə İmperator Maksimilian muzey binasının Kasa de Monedadakı Moneda küçəsi 13 ünvanına köçürülməsinə icazə verdi. Təxminən 1906-cı ildə Xusto Sierra Milli Muzeyin eksponatlarının çoxluğuna görə onları böldü, oradakı təbii tarixi eksponatları xüsusi olaraq sərgi üçün tikilmiş Çopo binasına köçürdü. 1910-cu il sentyabrın 10-da prezident Porfirio Diazın iştirakı ilə muzey yeni adla - Milli Arxeologiya, Tarix və Etnoqrafiya adı ilə yenidən açıldı. Təqribən 1924-cü ildə muzeyin fondundakı eksponatların sayı 52000-dək artırılmış və 250 000-dən artıq ziyarətçi qəbul etmişdi.
1940-cı ilin dekabrında muzey yenidən bölündü, onun tarixi koleksiyalası Çapultəpə qalasına köçürüldü, çağdaş Meksikanın inkişafı və Yeni İspaniya krallığının diqqəti ilə burada Milli Tarix Muzeyi kimi formalaşdı. Qalan Meksika Kolumbiyası öncəsi və Çağdaş Meksikanın etnoqrafiyasına aid kolleksiya Antropologiya Milli Muzeyi adlandırıldı.
Yeni muzey binasının tikintisi 1963-cü ilin fevralında Çapultə parkında başladı. Yeni layihəni memar Pedro Ramires Vaskes, yardımçıları Xorxe Kampuzano və Rafael Mixares hazırladı. Yeni binanın tikintisi 19 aya sonlandı və 1964-cü il 17 sentyabrda açılış oldu, prezident Adolfo Lopez Mateoz çıxış etdi:
Meksika xalqı bu abidəni Respulkia ərazisində Kolumbiyaöncəsi yaşamış heyranedici mədəniyyətlərin şərəfinə qaldırdı. Bu abidə bugünkü Meksikanın, Meksikanın yerli əhalisinin mədəniyyətlərinə, onların əsilliyinə olan ehtiramının ifadəsidir.
Muzeyin eksponatları sırasında Günəş daşı, Tabasko və Verakruz cəngəlliklərindən tapılmış Olmek sivilizasiyasının böyük daş başları, Mayya sivilizasiyasından bəri qorunan xəzinələri, Çiçen İtzada Müqəddəs Senodda yerləşdirilən Palanqedəki Pakal qəbrindən sarkofaq qapaqlarının nüsxəsi və çağdaş Meksika kənd həyatının etnoloji mənzərələri var. İndiki Meksikanın ortasında (mərkəzində) həmçinin Aztek paytaxtı Texnotitlanın keçmiş planı və yerləşmə modeli də var. Daimi sərgilər indiki Meksika ərazisini və İndiki ABŞ-nin güney-batısı olan keçmiş Meksika ərazisini əhatə edən bütün Kolumbiyaöncəsi sivilizasiyanı içərən aşığı mərtəbədədir. O sərgilər Quzey, Batı, Mayya, Meksika körfəzi, Oaxaka, Mexiko, Toltek, Teotiuakan olaraq bölünür. Birinci mərtəbədə İspaniyanın işğallarından bəri Meksikanın doğma Amerika əhalisinin mədəniyyətləri göstərilir.
Muzey həmçinin dünyanın digər böyük mədəniyyətlərinə də ev yiyəliyi etməklə diqqət çəkir. Qədim İspaniya, Yunan, Rusiya, İran, Çin, Misir eksponatları da diqqət mərkəzində olub.