Porfirio Dias

Porfirio Dias (isp. Porfirio Díaz; 15 sentyabr 1830[1][2][…], Oaxaka[3]2 iyul 1915[1][2][…], Paris[3]) Meksika Respublikasının 29-ci prezidenti, 1911-ci ildə Meksika inqilabı nəticəsində hakimiyyətdən devrilmişdir.

Porfirio Dias
isp. Porfirio Díaz
bayraq
Meksika Respublikasının 29-cu prezidenti
bayraq2
Vəzifədədir
17 fevral 1877 1 dekabr 1880 və 1 dekabr 1884 25 may 1911-ci ildən
Şəxsi məlumatlar
Doğum adı José de la Cruz Porfirio Díaz Mori
Doğum tarixi
Doğum yeri Oaxaka Meksika Meksika
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Paris Fransa Fransa
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Porfirio Dias 4 illik fasilə ilə 30 müddətində Meksikanı diktator qaydaları ilə idarə etmişdir. Əslən Mələz olan Dias orta təbəqəli ailənin nümayəndəsi olmuşdur. 15 yaşında dini təhsil almaq üçün rahiblik məktəbinə getməyə başlamışdır. 1846-cı ildə Meksika-ABŞ müharibəsinin başlaması səbəbindən, təhsilini yarımçıq buraxır və orduya yazılır. 1849-cu ildə gələcək prezident Benito Juarezin məsləhəti ilə hüquq bölümündə təhsil almağa başlayır. Porfirio orduda əldə etdiyi uğurlarla tanınırdı, ABŞ ordusuna qarşı aparılan döyüşlərdə şücaəti onun şöhrətinin artmasına səbəb olmuşdur.

Dias 1857-ci ildə ölkədə, baş verən vətəndaş qarşıdurmasındada iştirak etmişdir. Liberallarla mühafizəkarlar arasında aparılan 1857 - 1860-cı illəri əhatə edən Reform müharibəsində və Avstriya şahzadəsi Maximillanın, Meksikaya kral təyin edilməsinə qarşı, fransızlara qarşı başlayan müqavimət hərəkatında fəal iştirak etmişdir.

Meksika tarixi
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Porfirio Diaz // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Диас Порфирио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.