Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mina (25 mart 1940, Busto Arsizio, İtaliya) — italiyalı müğənni, aktrisa və televiziya aparıcısıdır. Sənətçi 3 oktava səsə sahibdir.[1][1]
Mina Mazzini | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Mina Anna Maria Mazzini |
Ləqəbi | Mina |
Doğum tarixi | |
Doğum yeri | Busto Arsizio, İtaliya |
Milliyyəti | İtalyan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa |
Fəaliyyət illəri | 1958-günümüzə qədər |
Janrlar | pop, caz |
Səs tembri | 3 oktava, soprano |
Albom şirkətləri | Italdisc, Ri-Fi, PDU, EMI |
Əlaqəsi | Adriano Çelentano |
Mükafatları | |
minamazzini.it | |
Vikianbarda əlaqəli mediafayllar |
25 mart 1940-cı ildə İtaliyanın Lombardiya bölgəsində fəhlə ailəsində anadan olmuşdur. 1958-ci ildə liseyi bitirdikdən sonra, mühasibat ixtisası üzrə ali təhsil almışdır.[2]
1958-c ildə yaz tətilində ailəsi ilə birlikdə istirahət edərkən, ailəsini əyləndirmək üçün "Un'anima tra le mani" mahnısını ifa etdi.[3] Klubun sahibi Sergio Bernardini onu səhnəyə çıxartmaq üçün əlindən gələni edirdi. Həmin ilin sentyabr ayında Happy Boys-un bek-vokalçısı olaraq səhnəyə çıxdı və bununlada peşəkar karyerasına başlamışdı. 1958-ci ilin sentyabr ayında "Rivarolo del Re" teatrının 2500 nəfərlik salonda konsert vermişdir. İlk sinqlı "Non partir"/"Malatia"-nı təqdim etmişdir. Həmin il "Be Bop A Lula"/"When" sinqlını da təqdim etdi. Happy Boys qrupundan ayrılandan sonra, Solitari qrupunun tərkibinə qatıldı.
Sanremo musiqi festivalına "È vero" mahnısı ilə qatılaraq, 8-ci sırada qərarlaşdı. 1961-ci ildə Sanremoda iki mahnı ifa etdi. Yarıçmada "Io amo, tu ami" dördüncü, "Le mille bolle blu" beşinci oldu.[4] Bu nəticələrə görə müğənni bir daha Sanremo musiqi festivalına qatılmayacağını bildirdi. İspaniya və Yaponiyaya turneyə çıxan müğənni, 1961-ci ildə Venesuela kanalında mahnı ifa etmişdir. 1962-ci ildə İspaniya televiziyasında və Parisin ən məşhur konsert salonu olan Paris Olimpiyada konsert vermişdir. "Heißer Sand" adlı alman mahnısı isə 1962-ci ildə 40.000-lik satışla rekord qırmışdır.[5][6] 1962-ci ildə Almaniya, Avstriya və İsveçrədə almanca danışan əhali arasında keçirilən sorğu nəticəsində müğənni dünyanın ən popular müğənnisi olaraq seçilmişdir. 1962-ci ilin ay ayında Argentinaın paytaxtında konsert vermişdir. 1963-cü ildə evli aktyor Corrado Pani ilə eşq yaşamağa başlamışdır. Buna görə də İtaliya Dövlət televiziyası müğənniyə qadağa qoymuşdur. Xalqın etirazları nəticəsində qadağa aradan götürülmüşdür. "Suna ni kieta namida" adlı yapon mahnısını ifa edən müğənni, yapon hit paradlarında ilk pilləyə yüksəlmişdir.
Adriano Çelentano ilə birlikdə ifa etdiyi duet albomu olan, "Mina Celentano", 1998-ci ildə İtaliyada ən çox satılan albomu olmuşdur.