Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu.
Minayə Əkbərova | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Minayə Tapdıq qızı Əkbərova | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Ağcabədi, Azərbaycan | |||||||
Çəkisi | 46 kq | |||||||
İdman növü | Taekvondo | |||||||
Karyera illəri | 2014— | |||||||
Komandası | Gilan İdman Klubu | |||||||
Medallar
|
Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub.[1]
Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu.
2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[2]
Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi. "Gilan" TK üzvü olan Minayə Əkbərova, turnirin bürünc medalına sahib oldu.
2015-ci ildə Minayə Əkbərova növbəti uğuruna da Antalya şəhərində yeniyetmələr arasında Klublararası Avropa Çempionatında imza atdı. Turnirin nəticələrinə əsasən o, bürünc medalın sahibi oldu. Daha sonra Minayə Əkbərova Avstriyada baş tutan yeniyetmələr arasında "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Almaniya nümayəndəsi Şayna Guerraya 0:4 hesabı ilə məğlub olan Minayə Əkbərova, "Austrian Open" beynəlxalq turnirin bürünc medalına sahib oldu. Növbəti turnirlərdə isə o, uğura imza ata bilmədi. Minayə Əkbərova əvvəlcə Fransanın Strasburq şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında, sonra isə Cənubi Koreyanın Muju şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. Minayə Əkbərova 2015-ci ilin mayında I Avropa Oyunlarının məşəlini Ağcabədidə alovlandırdı.[3]
Minayə Əkbərova 2017-ci ildə Antalya şəhərində baş tutan gənclər arasında "Turkish Open" beynəlxalq turnirində çıxış elədi. Turnirin yarım-final mərhələsidə məğlub olan Minayə Əkbərova, "Turkish Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Daha sonra o, Avstriyada baş tutan gənclər arasında "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə Fransa nümayəndəsi Çlo Kazalina 2:6 hesabı ilə məğlub olan Minayə Əkbərova, "Austrian Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Daha sonra o, Kiprdə baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı və turnirin birinci görüşündəcə məğlub oldu.
Minayə Əkbərova növbəti uğuruna 2018-ci ildə İstanbul şəhərində baş tutan gənclər arasında Klublararası Avropa Çempionatında qızıl medal qazanmaqla və gənclər arasında "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanmaqla imza atdı.[4] Daha sonra o, Tunisin Hammamet şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirində və gənclər arasında Dünya Çempionatında çıxış elədi. Turnirin nəticələrinə əsasən Minayə Əkbərova 2018-ci ildə baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.[5] Həmin turnirdən əvvəl o, Rusiyada baş tutan gənclər arasında "Russian Open" beynəlxalq turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[6]
2018-ci ilin əsas turniri Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunları oldu.[7] Turnirin 1/8 final mərhələsində Minayə Əkbərova Qazaxıstan nümayəndəsi Assel Usmanovaya 10:14 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.
Minayə Əkbərova 2018-ci ilin sonlarında Azərbaycan Çempionatında mübarizə apardı və turnirin qalibi oldu.[8]
Minayə Əkbərova 2021-ci ilin 8 – 11 aprelində Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[9] Avropa Çempionatlarında debüt edən Minayə Əkbərova, 1/8 final mərhələsində Almaniya nümayəndəsi Özləm Gürüzü 18:0, 1/4 final mərhələsində isə Bolqarıstan təmsilçisi Gabriela Katsarovanı 2:0 hesabları ilə məğlub eləsə də, yarım-final mərhələsində məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.[10]
Daha sonra Minayə Əkbərova 2022-ci ilin 18 – 22 mayında İngiltərənin Mançester şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi.[11] Ötən il çempionatın bürünc medalına sahib olan Minayə Əkbərova, bu səfər turnirdə birinci görüşdəcə rəqibinə məğlub olaraq mübarizəni dayandırdı.[12]
Minayə Əkbərova növbəti uğuruna 8 – 12 avqustda Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında imza atdı.[13] Turnirin həlledici görüşündə məğlub olan Minayə Əkbərova, V İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[14][15]
Belgian Open | Belçika | |||
Austrian Open | Avstriya | |||
Yeniyetmələrin Dünya Çempionatı | Azərbaycan | |||
Klublararası Avropa Çempionatı | Türkiyə | |||
Klublararası Avropa Çempionatı | Türkiyə | |||
Austrian Open | Avstriya | |||
Yeniyetmələrin Avropa Çempionatı | Fransa | |||
Yeniyetmələrin Dünya Çempionatı | Cənubi Koreya | |||
Turkish Open | Türkiyə | |||
Austrian Open | Avstriya | |||
Gənclərin Avropa Çempionatı | Kipr | |||
Klublararası Avropa Çempionatı | Türkiyə | |||
Turkish Open | Türkiyə | |||
Dünya Olimpiya Təsnifat Turniri | Tunis | |||
Gənclərin Dünya Çempionatı | Tunis | |||
Russian Open | Rusiya | |||
Yeniyetmələrin Olimpiya Oyunları | Argentina | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Mançester | |||
İslam Həmrəyliyi Oyunları | Türkiyə |