Minayə Azaflı (Zeynaova Minayə Mikayıl qızı; d. 1952, Azaflı kəndi, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan aşığı.
Minayə Azaflı | |
---|---|
azərb. Zeynalova Minayə Mikayıl qızı | |
Doğum adı | Minayə |
Təxəllüsü | Azaflı |
Doğum tarixi | |
Doğum yeri | Azaflı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Mikayıl Azaflı |
Anası | Şamba xanım |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti | Filoloq-psixoloq, şairə-aşıq |
Fəaliyyət illəri | 1984 |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | şeir |
Zeynalova Minayə Mikayıl qızı (Dilarə Azaflı) 1952-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub[1]. 1980-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2000-ci ildə isə Yenidən Hazırlanma Bakı Baş İnstitutunda təhsilini davam etdirmiş, psixoloq ixtisasına yiyələnmışdir. Hazırda filoloq-psixoloq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd övladı var.
İlk şeirləri dördüncü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində çap olunub. "Aşıq Pəri" şeirlər kitabında şeirləri nəşr olunub. Bir çox televiziya verilişlərində çıxışları olub.