Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun[2] əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi | |
---|---|
| |
(MTA) | |
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1935 |
Tabelik | Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyi |
Baş qərargah | Ankara |
Rəhbərlik | |
Ümumi müdir | Çingiz Ərdəm |
|
|
Rəsmi saytı | mta.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur.[3] Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir. Bu müəssisələri MTK Geofiziki Araşdırmalar Diviziyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası işlədir. [4]
MTK Ankara şəhərində yerləşən mərkəzində olan ümumi müdir və onun dörd ümumi müavini tərəfindən idarə edilir. MTK-nın əsas xidmət diviziyaları – Geoloji Araşdırmalar, Geofiziki Araşdırmalar, Enerji Xammal Araşdırma və Kəşfiyyatı, Yonulma, Əlverişlilik Araşdırmaları, Mineral Analizlər və Texnologiyası, Dəniz və Ətraf Mühit Araşdırmaları Dairə Nazirliyi.[5]
MTK 1936-cı ildən bəri iki dəfə "Mineral Tədqiqat və Kəşfiyyat Jurnalı" (türk. Maden Tetkik ve Arama Dergisi, ing. Bulletin of the Mineral Research and Exploration) adlı sənədləri nəşr edir. Bu sənədlər 1950-ci ildən ingilis və türk dillərində nəşr edilir. [6]