Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Dəmirçi | |
---|---|
40°50′24″ şm. e. 48°33′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şamaxı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 537 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur.[1]
İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir.
Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir. Kənd əhalisi 537 nəfərdir ki, onunda 281 nəfəri kişi, 256 nəfəri isə qadınlar təşkil edir. Yaşayış evlərinin sayı 68-dir. Kəndin sakinləri vaxtilə İsmayıllının Lahıc və Əhən kəndlərindən gəlmə tatlardır.[2]
Dəniz səviyyəsindən 1500–1600 metr hündürlükdə yerləşir. Burada həkim amblatoriyası var. Kənddə 60 ev elektrik xəttinə qoşulub, içməli su problemi yoxdur. Kəndə turist axını ildən-ilə artır.
Kənddə Saleh Heydərov adına tam orta məktəb fəaliyyət göstərir.
Qədim tikili olan məscidin divarları və damı dağılmışdır. Dəmirçidə olan bütün evlər çox qədim tarixə malikdirlər. Evlərin divarları çox məharətlə hörülmüşdür, sanki bir divar bütöv bir daşdan ibarətdir.
26 avqust 2018-ci ildə Şamaxı rayon Dəmirçi Arxeologiya Muzeyi fəaliyyətə başlamışdır. Muzeyin tikintisi həmin ilin fevralından avqustunadək davam etmişdir. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.[3]
Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |