Minority (ingilis dilindən tərcümədə "azlıq" mənasını verir) — Azərbaycanın ilk[2] onlayn LGBTI (lezbiyan, gey, biseksual, transseksual, interseks) jurnalı olmaqla, bu sahədə müxtəlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdırır və aylıq dərc edir.[3][4] Jurnalın ilk sayı 2015-ci ilin dekabr ayında dərc edilib.
Minority | |
---|---|
Baş redaktor | Səməd İsmayılov |
Növ | Aylıq online jurnal |
Format | A4 |
Təsis tarixi | 2015[1] |
Şirkət | Azərbaycan |
Dil | Azərbaycan dili |
Jurnalın "Minority" adlandırılmasının səbəbi, bütün azlıqlar kimi seksual azlıqların da cəmiyyətdə yer tapa bilməsinin vacibliyinin vurğulanmasıdır. Minority jurnalının əsas məqsədi Azərbaycan cəmiyyətində illərdir LGBTI insanları haqqında formalaşan yanlış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirməkdir.[5] Jurnal həmçinin LGBTI mövzusunda müxtəlif şəhər sorğularının keçirilməsini təşkil edir.[6][7]
Jurnalın baş redaktoru və təsisçisi Səməd İsmayılov[8], redaktoru Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və başqalarıdır.
Jurnalın müxtəlif nömrələrinə məşhur fotoqraf Breyden Sammers, türk moda dizayneri və aktivist Barbaros Şansal, azərbaycanlı model Validə Abbasova, müğənni Nura Suri, iranlı rəqqas Şahrux Moşkin, reper və prodüser ProMete, Azərbaycanı 2014-cü il Eurovision musiqi yarışmasında təmsil etmiş Dilarə Kazimova müsahibə vermişdir.
Jurnalın ilk nömrəsinin yayımlanmasından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama ilə çıxış edərək bildrimişdir ki, "Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir."[9]