Azərbaycanda LGBT hüquqları

Azərbaycanda Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) şəxslər Azərbaycanda LGBT fərdi olmayan şəxslərin də qarşılaşdıqları hüquqi problemlərlə qarşılaşa bilirlər.[1] Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, eynicinsli ailələr heteroseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyillər.[1] Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 10 may 2016-cı ildə açıqladığı məlumata görə Azərbaycan Avropada LGBT fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir.[2][3][4] Belə ki, yalnız 5 faiz LGBT hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır.[2]

LGBT Hüququ
 Azərbaycan dünya xəritəsində
Eyni cinsli münasibətlərin rəsmiləşdirilməsi
Xeyr Eyni cinsli ittifaqlar rəsmiləşdirilmir.
Xeyr Eyni cinsli nigahlar rəsmiləşdirilmir.
Digər hüquqlar
Evladlıq hüququ ❌N
LGBT qanunu ❌N
Cinsi dəyişmə ❌N
Dörd adam yaraşıqlı gəncə baxarkən. I Yassar dövrü
Mütribin portreti. Əzim Əzimzadə, çəkildiyi il bilinmir

Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında eynicinsli əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qısa satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar – mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Baninə görə aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi.[5]

1918-ci ildə Rusiya imperiyasından ayrılaraq müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasında homoseksuallıqa qarşı qanun yox idi. 1920-ci ildə Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra ölkədə kişilər arasında cinsi əlaqələri qadağan edən qanun qüvvəyə minmişdi. Baxmayaraq ki, Vladimir Lenin Sovet Rusiyasında homoseksuallığı leqal elan etmişdi, 1923-cü ildə Azərbaycan SSR-də kişilər arasında münasibətlər (qanunda səhvən pedarastiya adlandırılır, praktikada isə daha çox sodomiya ifadəsi işlədilirdi) cinayət tərkibli əməl elan edilmiş[6], hər iki tərəf könüllü şəkildə belə münasibətə razılaşmışdısa beş il, bir tərəf digər tərəfə qarşı təhdid və təzyiq istifadə etmişdisə, güc tətbiq edən tərəf səkkiz il azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.[7][8]

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan etmiş, 2000-ci ildə isə Sovet dövründən qalma anti-sodomiya qanunu ləğv edilmişdi.[9] Azərbaycan Respublikası Milli Məclisinin rəsmi qəzeti olan Azərbaycan qəzetinin 28 may 2000-ci ildə nəşr edilmiş xüsusi nömrəsində qeyd edilir ki, Milli Məclis yeni Cinayət Məcəlləsini qəbul edib, Prezidentin imzalamsı ilə həmin məcəllə 2000-ci ilin sentyabrından qüvvəyə minib. 121-ci maddənin ləğv edilməsi Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün qarşısına qoyulmuş şərtlərdən biri idi[10], 2000-ci ildə anti-sodomiya qanununun ləğvindən sonra 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edilmiş və Şuranın 43-cü üzvü olmuşdur.[11]

Ümumi yanaşma

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda LGBTQ fərdləri üçün nəzərdə tutulmuş ilk kütləvi-informasiya vasitəsi "Minority" jurnalıdır.[12]
Azərbaycan poçt markası üzərində ABŞ-nin kişilər arasında suyatullanma üzrə Olimpiya çempionu homoseksual Qreq Luqanis[13]

Əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksuallıq ətrafında qarışıqlıq olan bir məsələdir. Azərbaycanda homoseksuallığın psixoloji, sosioloji və hüquqi aspektləri haqqında obyektiv və düzgün məlumat yoxdur, çünki cəmiyyətdə homoseksuallıq haqqında düzgün məlumat yoxdur.[14]

Gey, lezbiyan, biseksual və transgender olaraq "kaminq out" çox nadir halda baş verir, LGBT şəxslər bunun verə biləcəyi nəticələrdən qorxurlar. Nəticə olaraq belə insanlar ikili həyat sürməyə məcbur olub, gey olduqlarından utanırlar. Maliyyə müstəqilliyi olub Bakıda yaşayan LGBT şəxslər əmin həyat sürə bilir, şəxsi mühitlərində rahat homoseksual həyat sürə bilirlər. Azərbaycanda LGBT şəxslərin hüquqları üçün mübarizə aparan heç bir siyasi hərəkat yoxdur, lakin insan haqları uğrunda mübarizə aparan aktivistlərdən bəziləri bu sahədə olan problemlərlə də bağlı fikirlər səsləndirirlər. Azərbaycanda LGBT şəxslərin hüquqlarını müdafiə edəcək təşkilata ehtiyac var.[15]

Baxmayaraq ki, Azərbaycanda homoseksual münasibətlər leqallaşdırılıb, geylərə qarşı (əsasən kişi fahişələrə) polis təzyiqləri olması haqqında məlumat vardır. Polis təzyiqindən şikayət edənlər isə sonradan polisin qisas almasından çəkinərək kimliklərinin gizli saxlanmasını istəyirlər.[14]

Azərbaycanda LGBT şəxslər üçün nəzərdə tutulmuş və Ruslan Baluxin tərəfindən 25 may 2011-ci ildə istifadəyə verilmiş "gay.az" saytı fəaliyyət göstərir.[16] Azərbaycan KİV-ində LGBT fərdləri olsa da, mediaya nəzarət etmək məqsədi güdən hökumət homoseksuallığı hökumət tənqidçiləri[17] və müxalif fikirli jurnalistlərə qarşı təzyiq vasitəsi kimi istifadə edir.[18][19]

2000-ci ildə[20] Azərbaycanda eyni cinsli münasibətlərin dekriminalizasiyası insan haqqları sahəsində irəli atılmış böyük addım idi.[9][21] Prezident Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına gedən yolda qarşısında duran bütün maneələri aradan qaldırmaq istəyi dekriminalizasiya üçün əsas faktor olmuşdur.[9][22][23]

2009-cu ildə Azərbaycan yazıçısı Əli Əkbər azərbaycanlı və erməni gənc arasında homoseksual sevgidən bəhs edən "Artuş və Zaur" adlı romanı nəşr etdirmişdir. Müəllifin sözlərinə görə erməni və gey olmaq Azərbaycan cəmiyyətinin əsas tabularıdır. 2014-cü ildə azərbaycanlı yazıçı Orxan Bahadırsoyun iki gənc oğlanın sevgisindən bəhs edən "Günahdır səni sevmək" adlı romanı çap edilmişdir.[24]

Hazırkı vəziyyət

[redaktə | mənbəni redaktə et]
BerlinKöln praydlarında Azərbaycanda homofobiyatransofobiya əleyhinə şüarlar

Azərbaycan əsasən müsəlman əhalinin üstünlük təşkil etdiyi dünyəvi dövlətdir.[25] LGBTQ fərdlərinə qarşı dövlətin heç bir hüquqi təzyiq cəhdi olmasa da bu fərdlər cəmiyyət tərəfindən daim təzyiq hiss edirlər.[26] Ölkə əhalisi arasında mövcud olan homofobiyanın əsas səbəbi insanlarda mövzu ilə bağlı yanlış məlumatların olması və ya ümumiyyətlə məlumatsızlıq, həmçinin "köhnə ənənələr"lə əlaqədardır.[27] Homoseksual fərdlərin ailələri, xüsusilə kənd və rayonlarda, əsasən, onların seksual orientasiyasını qəbul etmirlər. Kaminq-aut ailə başçılarının şiddəti və ya sosial imtina ilə nəticələnir, eləcə də homoseksual şəxslər heteroseksual ailə qurmağa məcbur edilirlər.[28]

2011-ci ilə kimi Azərbaycanda homoseksual cütlüklərin birliklərinin hüquqi tanınması üçün konkret hüquqi forma da yox idi. 2011-ci ildə Azərbaycanda LGBT hüquqlarının təbliği və bu mövzu ilə bağlı işləyən bloqların kordinə edilməsi üçün Gender və Tərəqqi İctimai Birliyi yaradılmışdır. Azərbaycanda LGBT mövzulu ilk bloq olan www.freelgbt.com 2012-ci ildə Azad LGBT Azərbaycan Təşkilatı tərəfindən yaradılmışdır. Təşkilat rəhbərlərinin sözlərinə görə hökumət LGBT adlı təşkilatı qeydiyyata almadığına görə bu cür ad seçilmişdir.[28] 2012-ci ildə Azərbaycanın LGBT kütləsi tərəfindən də dəstəklənən Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində ölkədə ilk gey praydın keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Bu məlumat cəmiyyətin bəzi təbəqələrində etirazla qarşılansa da, bəzi insan haqları müdafiəçiləri bu xəbəri dəstəkləmişdilər.[29][mənbə göstərin] Ölkədə bu müsabiqənin keçirilməsi həm də qonşu İran ilə münasibətlərdə problemə səbəb olmuşdur. İran dini liderləri Ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və Ayətullah Cəfər Sübhani gey praydın keçiriləcəyi təqdirdə Azərbaycanın "anti-İslami davranış" sərgiləyəcəyini bildirmişdilər.[30] Bu, İranın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə səbəb olmuş, etirazçılar İranın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı şüarlar qaldırmışlar. AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, İranın iradlarının heç bir əsası yoxdur və gələcəkdə İranın Azərbaycanın işlərinə qarışmaması üçün xəbərdarlıq səsləndirmişdi.[31] Cavab olaraq İran Azərbaycandakı səfirini geri çağırmış[32], Azərbaycan isə İranın üzr istəməsini tələb edərək[33], Tehrandakı səfirini geri çağırmışdı.[34]

İsa Şahmarlının intiharı

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin yanvarında Azad LGBT adlı təşkilatın açıq gey olan rəhbəri İsa Şahmarlı özünü Göy qurşağı bayrağından asaraq intahar etmişdir. İntihar vaxtı işsiz və borclu olan İsa onu "xəstə" hesab edən ailəsindən də uzaqlaşmışdı.[35] Öz şəxsi Facebook hesabında ölümündən qabaq mesaj yazmış İsa cəmiyyəti ölümündə günahkar elan edirdi, onun mesajı isə ölümündən sonra dostları tərəfindən aşkarlanmışdır.[36]

Şahmarlının ölümü Azərbaycanda LGBT hüququ sahəsində aktivliyin yaranmasına səbəb olmuşdur.[37] Onun ölüm günü Azərbaycanda LGBT Şərəf Günü kimi qeyd edilir[38] və 2015-ci ildə bu günlə əlaqədar olaraq xüsusi maarifləndirici videolar hazırlanmışdır.

LGBT təşkilatları

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Azərbaycanda üç LGBT təşkilatı fəaliyyət göstərir.[39] "LGBT Azerbaijan Gay.Az" Azərbaycanda LGBT fərdlər üçün nəzərdə tutulmuş ilk informasiya portalıdır.[16] Gender və Tərəqqi İctimai Birliyi 2007-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təklif edilən yerli layihələrin həyata keçirilməsi məqsədiylə yaradılıb.[40]

Nəfəs LGBT Azərbaycan təşkilatının əsası 2012-ci ildə qoyulub[41]. Müxtəlif tədbirlər həyata keçirən təşkilat, Avropa Birliyinin Azərbaycandakı deleqasiyası və müxtəlif ölkələrinin səfirlik nümayəndələri ilə ölkədəki LGBT problemlərini müzakirə edir.[42]

Azad LGBT təşkilatının əsası 2012-ci ildə İsa Şahmarlı tərəfindən qoyulmuşdur. Təşkilat təhsil sahəsindəki LGBT problemləri və mediada daha yaxşı təmsil olunma ilə bağlı məsələlərlə məşğul olur. Təşkilat LGBT film gecələrinin təşkili də daxil olmaqla, Bakıda müxtəlif tədbirlər keçirir. Təşkilat rəhbəri İsa Şahmarlının ölümündən sonra təşkilat üzvləri "Sevgi elə Sevgidir" (Azərbaycanda LGBT fərdlərin dəstəklənməsi üçün təşkil edilmiş onlayn foto kompaniyası) və "Rəng" (İsanın doğum günü münasibətilə onun müxtəlif fotolarından təşkil olunmuş sərgi) adlı foto layihələri həyata keçirmişdir. 2015-ci ildə Azad LGBT təşkilatı əvvəlki layihələri haqqında məlumat verən və azad onlayn təhsil alətləri təklif edən saytı təqdim etmişdir.[43]

Hüquq cədvəli

[redaktə | mənbəni redaktə et]
Eynicinsli münasibətlərin leqallığı Yes (2000-ci ildən)
Razılıqlı yaş həddi Yes (2000-ci ildən)
İş sahəsində anti-diskriminasiya qanunu No
Məhsul və xidmət sahəsində anti-diskriminasiya qanunu No
Digər sahələrdə anti-diskriminasiya qanunu (dolayı yolla diskriminasiya, nifrət təbli edən nitq və s. daxil olmaqla) No
Nifrət cinayəti qanunu No
Eynicinsli evlilik No
Eynicinsli cütlüklərin tanınması No
Eynicinsli cütlüklərin övladlığa uşaq götürməsi No
Eynicinsli cütlüklərin birgəliyinin qəbulu No
Gey və lezbiyanların orduda açıq xidməti No
Cinsini dəyişmək hüququ Yes[44]
Lezbiyanlar üçün IVF No
Gey kişi cütlüklər üçün ödənişli surroqatlıq No
Gey kişi cütlüklər üçün qanvermə hüququ No
  1. 1 2 Meaker, Morgan. "Azerbaijan worst place to be gay in Europe, finds LGBTI index". The Guardioan. 10 may 2016. 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  2. 1 2 "Rainbow Europe 2016". European Region of the International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association. 27 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  3. "Названы худшие для жизни геев страны". lenta.ru. 10 may 2016. 17 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  4. ""Мама говорила: воруй, насилуй женщин, но будь мужчиной". Истории геев и трансгендеров в Азербайджане". currenttime.tv. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  5. Lala Mahmudova. "Azeri Masculinities and Making Men in Azerbaijan". Loyola University Chicago. 2017. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  6. Healey, Dan. "Masculine purity and 'Gentlemen's Mischief': Sexual Exchange and Prostitution between Russian Men, 1861–1941". Slavic Review. Vol. 60, No. 2 (Summer, 2001), p. 258.
  7. United Nations High Commissioner for Refugees. "Azerbaijan: Information On The Treatment Of Homosexuals". Unhcr.org. 2012-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
  8. Russian S.F.S.R. Harold Joseph Berman (redaktor). Soviet criminal law and procedure: the RSFSR codes (University of California original). Harvard University Press. 1966. səh. 196. June 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2015.
  9. 1 2 3 Spartacus International Gay Guide, page 1216. Bruno Gmunder Verlag, 2007.
  10. "Council of Europe". 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
  11. "Azerbaijan". 2013-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2015.
  12. "Azerbaijan's first LGBT magazine". meydan.tv. 2018-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  13. "Olimpiya çempionu olan homoseksual ərə getdi". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  14. 1 2 "International Helsinki Federation Annual Report on Human Rights Violations (2001): Azerbaijan". refworld.org. International Helsinki Federation for Human Rights (IHF). 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  15. Dennis van der Veur, Forced Out;LGBT people in Azerbaijan, report for ILGA, 2007
  16. 1 2 "LGBT Azerbaijan Gay.Az". gay.az. 2016-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  17. United Nations High Commissioner for Refugees. "Azerbaijan: State media embroiled in gay bashing controversy". Unhcr.org. 6 May 2008. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  18. United Nations High Commissioner for Refugees. "Azerbaijan: Opposition journalist says he is victim of vicious smear campaign". Unhcr.org. 10 April 2008. 16 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  19. United Nations High Commissioner for Refugees. "Amnesty International Report 2009 – Azerbaijan". Unhcr.org. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  20. "Discriminatory laws and practices and acts of violence against individuals based on their sexual orientation and gender identity" (PDF). ohchr.org. Unated Nations General Assembly. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 noyabr 2016.
  21. Council of Europe. Study on Homophobia, Transphobia and Discrimination on Grounds of Sexual Orientation and Gender Identity Legal Report: Azerbaijan (PDF). The Danish Institute for Human Rights. 2018-06-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-29.
  22. Ammon, Richard. "Gay Life in Azerbaijan". globalgayz.com. March 2nd, 2012. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  23. "Azerbaijan: Situation of homosexuals; legality; treatment of homosexuals by police; government attitude towards police treatment of homosexuals". refworld.org. 15 February 2006. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  24. Gənc yazardan homoseksuallara dəstək Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine, 23 İyun 2014, İstifadə tarixi: 19 noyabr 2015
  25. GALLUP WorldView Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine – data accessed on 19 noyabr 2015
  26. "Azerbaijan". US Department of State Bureau of Democracy, Human Rights, and Labor. 2017-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  27. "ILGA-Europe". 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  28. 1 2 Western Media on Eurovision Arxivləşdirilib 2015-02-13 at the Wayback Machine. Radio Liberty. 25 May 2012.
  29. "News.Az – Gay parade in Baku: to be or not to be?". 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  30. Antidze, Margarita. "Iran's "gay" Eurovision jibes strain Azerbaijan ties". Reuters. 22 May 2012. 31 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2012.
  31. Lomsadze, Girgoi. "Azerbaijan: Pop Music vs. Islam". EurasiaNet.org. 21 May 2012. 25 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2012.
  32. "Iran recalls envoy to Azerbaijan ahead of Eurovision". AFP. 22 May 2012. 22 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  33. "Azerbaijan Demands Apology From Iran Over Eurovision". Voice of America. 24 May 2012. 27 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  34. "Azerbaijan Recalls Ambassador To Iran". Radio Free Europe/Radio Liberty. 30 May 2012. 31 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  35. "Isa Shakhmarli, Azeri Gay Rights Activist, Allegedly Commits Suicide With A Rainbow Flag". The Huffington Post. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  36. "LGBT Leader Dies From Apparent Suicide, Hanging Himself With Rainbow Flag". The New Civil Rights Movement. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  37. Geybullayeva, Arzu. "The rainbow colors are not for Azerbaijani taste". balcanicaucaso.org. 04/03/2014. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  38. "Declaration of Nefes LGBT Azerbaijan – 22nd January date as 'LGBT Pride Day In Azerbaijan'". IGLHRC: International Gay and Lesbian Human Rights Commission. 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  39. "Cinsi azlıq: "İşverən məni görəndə sanki şok keçirir"". BBC. 23 İyul 2014. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  40. "Gender və Tərəqqi Təşkilatı/Haqqımızda". saglamhayat.az. 2016-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  41. "Haqqımızda". Nəfəs LGBT, Humanist ol yetər!. Bazar ertəsi, Sen 16 2013. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  42. "Azərbaycanda LGBT Hüquqlarıyla bağlı təşkilat yaradılıb". nefeslgbt.org. 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
  43. "Tool Kit". AZAD. 2019-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2015.
  44. "Какие документы нужно будет предъявить для смены поля в Азербайджане?". SİA – Səs İnformasiya Agentliyi. 2013-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.02.2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]